• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq

Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq
26.04.2015 12:28
Bu gün "Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq. Tədbir Bakının Suraxanı qəsəbəsindəki "Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunda təşkil olunacaq. 


 AZƏRTAC xəbər verir ki, saat 20:00-da başlanacaq mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılacağı gözlənilir.


Məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçərək Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətiriləcək.
Avropa Oyunlarının məşəli iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.


Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını "Sidney-2000”, "Afina-2004” Olimpiya Oyunları və "Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb. Məşəlin daşınacağı marşrut boyunca keçiriləcək tədbirlərə minlərlə insanın qatılacağı gözlənilir. Məşəl proqramı çərçivəsində 15 bölgədə Alov festivalı təşkil olunacaq ki, burada rəsmi şəxslərin, incəsənət ulduzlarının və tanınmış idmançıların iştirakı nəzərdə tutulub.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
09:31
"Qarabağ" klubu Hollandiya mətbuatında
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
09:15
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
“Bakı 2015” biletini necə əldə etmək olar?
06:59
“Bakı 2015” biletini necə əldə etmək olar?
Həftənin ən gözəl qolları - VİDEO
06:46
Həftənin ən gözəl qolları - VİDEO
“Qarabağ” uduzdu
06:45
“Qarabağ” uduzdu
Zabit Səmədov məşhur idmançı ilə döyüşə çıxacaq - VİDEO
06:43
Zabit Səmədov məşhur idmançı ilə döyüşə çıxacaq - VİDEO
Nurlan Novruzov:
06:42
Nurlan Novruzov: "Bizə hambal kimi niyə baxırlar?"
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI
06:41
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI
Riçard Almeydanın mükəmməl qolu - Video
06:40
Riçard Almeydanın mükəmməl qolu - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol