• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Kiprin yeni prezidenti qalmaqala səbəb oldu

Kiprin yeni prezidenti qalmaqala səbəb oldu
28.04.2015 10:22
Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərində mərkəz-solçu lider Mustafa Akıncının qalib gəlməsi, eyni zamanda, Kipr yunanlarının da sevincinə səbəb olub. Yunanlar Akıncının seçki kampaniyasında verdiyi vədinə əməl edəcəyini gözləyirlər.

Akıncı Şimali Kipr Türk Respublikası ilə Şimali Kipr arasında düşmənçilik münasibətlərinə son qoyacağını və münaqişənin həlli istiqamətində siyasi danışıqları bərpa edəcəyini bildirmişdi.

1983-cü ildə Şimali Kiprdən müstəqilliyini elan edən Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə təkcə Türkiyə hökuməti tərəfindən tanınır. Türklər Şimali Kipr Türk Respublikasına "yavru vətən” deyirlər.

Şimali Kipr prezidenti Nikos Anastasiadis tvitter səhifəsində bildirib ki, Akıncının qələbəsi adada müştərək vətəninin formalaşdırılmasına ümid verir. Anastasiadis Akıncı ilə görüşməyə hazır olduğunu bildirib.

Tərəflər arasında danışıqlar may ayında yenidən başladılacaq.

Şimali Kiprin xarici işlər naziri İoannis Kassulides rəsmi Ankaranı danışıqların baş tutmasına imkan verməyə çağırıb.

Mustafa Akıncının Türkiyə ilə münasibətdə ölkəsini "yavru vətən” deyil, Türkiyə ilə iki qardaş ölkə adlandırması isə, rəsmi Ankaranın qəzəbinə səbəb olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Akıncı bu barədə dediyi sözlərə diqqət yetirməlidir. Ərdoğan sözlərinə görə, Türkiyə Şimali Kipr Türk Respublikasını qorumaq üçün onun uğrunda şəhidlər verib.

"İki qardaş ölkə dedikdə müxtəlif mənzərələr yarana bilər. Cənab prezidentin ağzından çıxanı qulağı eşitməlidir. Türkiyənin Şimali Kipr Türk Respublikasına indiyə qədər sahib çıxmasını bir səbəbi var. Bu səbəbləri indi burada açıqlamağa ehtiyac yoxdur”

"Bu ölkə Şimali Kipr Türk Respublikasında bir bədəl ödəyib və indi də bu bədəli ödəyir”

Akıncı çıxışı zamanı "yavru vətən”inin artıq böyüməyə ehtiyac duyduğunu qeyd edib. Bu isə, Ankarada Şimali Kipr Türk Respublikası, sanki, müstəqil siyasət yürüdürmüş kimi ab-hava yaradıb.//ANS

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol