• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İran prezidenti: “Nüvə proqramı saziş yaxın aylarda bağlanacaq”

İran prezidenti: “Nüvə proqramı saziş yaxın aylarda bağlanacaq”
28.04.2015 17:51
"İranla "altılıq” arasında nüvə proqramı ilə bağlı saziş yaxın aylarda bağlanacaq”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, bunun üçün qarşı tərəf lazımi addımlar atmalıdır. İran prezidenti bildirib ki, ölkəsinin "altılıq"la danışıqlara getməsinin əsas məqsədi İranın nüvə proqramının hərbi sahəyə istiqamətləndirilmədiyini sübut etmək olub.

H. Ruhani bu məsələsinin həllinin vacib olduğunu deyib: "İran "dağıdıcı nüvə bombası” yaratmayıb. Sazişin bağlanması İranın iqtisadi cəhətdən daha da inkişafını müsbət təsir göstərəcək”.
 
Qeyd edək ki, İran və "altılıq” arasında nüvə proqramı üzrə razılaşma bu ilin aprelində əldə edilib. Tərəflər İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılması ilə bağlı razılığa gəlib. Bununla belə, İranda nüvə obyektlərinin heç birisi sökülməyəcək. Uranın zənginləşdirilməsi ilə yalnız Natanze şəhərindəki zavod məşğul olacaq. Müəssisə 3,76%-dək zənginləşdirilmiş uranı yalnız mülki məqsədlər üçün istehsal edəcək. Fordo şəhərindəki müəssisə isə elmi-tədqiqat nüvə fizikası mərkəzinə çevriləcək. MAQATE (Atom enerjisi üzrə Beynəlxalq Agentlik) İranın nüvə proqramının sülh xarakterli olmasını izləyəcək. Təşkilatın ekspertləri İranın nüvə obyektlərinə 20 il ərzində baxış keçirə biləcək.

İyunun sonuna planlaşdırılan hərtərəfli sazişin bağlanmasından sonra isə ABŞ, Avropa İttifaqı və BMT">BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalar tədricən aradan qaldırılacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol