• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ombudsman kəlbəcərli girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edib

Ombudsman kəlbəcərli girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edib
28.04.2015 19:34
Ombudsman onların girovluqdan qaytarılmasına yönəlmiş tədbirlərin görülməsi ilə bağlı qərar qəbul olunmasını xahiş edib

Azərbaycan Ombudsmanı Elmira Süleymanova ötən ilin iyulunda valideynlərinin məzarlarını ziyarət etmək məqsədilə Kəlbəcərə gedərkən rayon ərazisində erməni hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.   
 
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanovanın vəziyyətlə bağlı, AİHM-nin prezidenti Dean Spielmana rəsmi qaydada müraciətində girovların heç bir dövlət tərəfindən tanınmayan separatçı rejim "Dağlıq Qarabağ Respublikası”nın qeyri-legitim məhkəməsi tərəfindən mühakimə edilməsinin əsassız, beynəlxalq hüquqa zidd olduğu qeyd edilib.
 
Müraciətdə qeyd olunub ki, girov götürülmüş şəxslər doğma yurdlarına nostalji hisslərlə və valideynlərinin xatirəsini yad etmək üçün onların məzarlarını ziyarət etmək məqsədilə gediblər. Həmin şəxslərin bu zaman cinayət törətmədiyi, habelə onların qeyri-qənaətbəxş şəraitdə saxlanıldığı, girovluqda olduqları müddətdə işgəncə, qeyri-insani rəftara məruz qaldıqları, vəkillə təmin olunmadıqları, gündəlik məlumata çatımlıqlarının olmadığı, mütəmadi olaraq tibbi xidmətdən yararlana bilmədikləri qeyd edilərək, bütün bu faktların girovların nəinki beynəlxalq insan hüquqları, habelə humanitar hüquq norma və prinsiplərinə tamamilə zidd olduğu xüsusilə xatırladılıb.
 
Bu hüquq pozuntuları ilə Avropa İnsan Hüquqlarına dair Konvensiyasının müvafiq olaraq, 3 (işgəncənin qadağan olunması), 5 (azadlıq və təhlükəsizlik hüququ) və 6-cı (ədalətli mühakimə hüququ) maddələrinin kobudcasına pozulduğu da vurğulanıb.
 
Ombudsman AİHM-dən D.Əsgərov və Ş. Quliyevin məhkəmə işinə ədalətli baxılmasını və bu prosesin sürətləndirilməsini prioritet məsələ kimi nəzərə almasını, onların qanunsuz girovluqdan tezliklə azad edilərək, Azərbaycan tərəfinə qaytarılmasına yönəlmiş tədbirlərin görülməsi ilə bağlı qərar qəbul etməsini xahiş edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol