• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Həmid Kərzai: “ABŞ Əfqanıstana bizim gözlədiyimiz sülhü gətirmədi”

Həmid Kərzai: “ABŞ Əfqanıstana bizim gözlədiyimiz sülhü gətirmədi”
28.04.2015 20:16
"Biz "Taliban”ı xarici qüvvə kimi qəbul edirik”

"Sovet qoşunları Əfqanıstandan çıxandan sonra ölkədə müəyyən sabitlik yaranmışdı. 11 sentyabr hadisələri ilə ABŞ Əfqanıstanda bu sabitliyə son qoydu, Əfqanıstanda münaqişə sonsuz vəziyyət aldı”.
 
APA-nın xəbərinə görə, bunu Bakıda III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai deyib.
 
H. Kərzai çıxışında bildirib ki, ABŞ onların gözlədiyi sülhü Əfqanıstana gətirməyib: "ABŞ Əfqanıstanı "Əl-Qaidə”dən xilas etdi. Amma biz çox istədiyimiz sülhü ölkəyə gətirmədi. Əfqanıstanda 30 ildən çox davam edən münaqişələr ölkədə qeyri-qanuni iqtisadiyyatın formalaşmasına gətirib çıxartdı. Bizə pis ad gətirdi. Bütün bunlarla yanaşı, 2004-2005-ci illərdə ölkə Konstitusiyasını qəbul etdik, ölkənin parlamenti formalaşdı. Bütün münaqişə tərəfləri özlərinə parlamentə yer tapdı. Əfqanıstanda biz, demək olar ki, problemlərin həllinə çox yaxınlaşmışdıq. Təəssüf ki, bu mümkün olmadı. Kənardan təsirlər var. Bu gün "Taliban” bizə, NATO güclərinə qarşı çıxış edir. Biz isə onları xarici qüvvə kimi qəbul edirik. Mən ümidvaram ki, Əfqanıstan tez bir zamanda təhlükəsiz bir ölkəyə çevriləcək. Hökumətimiz qanunidir. Bizə dəstək verdiyinə görə Azərbaycana da öz təşəkkürümü bildirirəm”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol