• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev yeni elektron informasiya sistemi yaratdı

İlham Əliyev yeni elektron informasiya sistemi yaratdı
29.04.2015 20:14
Azərbaycan prezidenti İlham Əliyev yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb. 

ANN.Az prezidentin rəsmi saytına istinadla xəbər verir ki, sənədə əsasən yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılır, "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları” təsdiq edilir. 

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə vətəndaşların müraciətlərinin elektron qeydiyyatı proqramı əsasında informasiya sisteminin yaradılmasını və 2015-ci il iyulun 1-dək tətbiq olunmasını təmin etmək, informasiya sistemi qovşaqlarının fəaliyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının həmin sistemdən istifadə edəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək, müvafiq tədbirlər görülməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etmək və informasiya sisteminin tətbiq olunması ilə əlaqədar həmin sistemdən istifadə üçün bilik və vərdişlərin artırılmasını və ondan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında müntəzəm təlimlərin keçirilməsini təşkil etmək tapşırılıb.

Yerli icra hakimiyyəti orqanlarına informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi üçün tədbirlər görülməsi, informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsizliyini təmin edilməsi, informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələrin alınması və lazımi iş şəraitinin yaradılması məsələlərini həll etmək tapşırılıb. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə isə informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığına texniki xidmət göstərilməsini təmin etmək, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə informasiya sisteminin fasiləsiz fəaliyyətini və proqram təminatına dəstəyi təmin etmək tapşırılıb. 

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə yerli icra hakimiyyəti orqanlarının informasiya sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etmək, informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə birlikdə müvafiq tədbirlər görmək tapşırılıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti həyata keçirəcək. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
Ordumuz hərbi təlimlərə başlayır
01:57
Ordumuz hərbi təlimlərə başlayır
Azərbaycan İranla
22:32
Azərbaycan İranla "altılıq" ölkələri arasında razılaşmanın əldə olunmasını alqışlayır
Ermənistan ordusunda daha bir itki
20:42
Ermənistan ordusunda daha bir itki
Seçici fəallığı ən az və ən çox olan seçki dairələri
11:40
Seçici fəallığı ən az və ən çox olan seçki dairələri
FHN-ə yeni səlahiyyət verildi - QƏRAR
09:18
FHN-ə yeni səlahiyyət verildi - QƏRAR
XİN-dəki gizli bomba partladı
19:36
XİN-dəki gizli bomba partladı
​XİN: ATƏT/DTİHB-ə göndərilmiş dəvət hələ qüvvəsindədir
10:27
​XİN: ATƏT/DTİHB-ə göndərilmiş dəvət hələ qüvvəsindədir
Bayram Səfərov: Qarabağda sülhməramlılara ehtiyac yoxdur
15:20
Bayram Səfərov: Qarabağda sülhməramlılara ehtiyac yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol