• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Putin ən böyük sirrini açdı

Putin ən böyük sirrini açdı
30.04.2015 19:22
Rusiya prezidentinin atası diversant olub

Rusiya prezidenti Vladimir Putin bu dəfə ailəsindən danışıb. 

ANS PRESS-in məlumatına görə, "Russkıy pioner" jurnalına Rusiya liderinin valideynləri haqqında məqalə yer alıb. 

O, atasının müharibədə iştirakından, atasının ölmüş bilinib aparılmasından, onun atası tərəfindən xilasından, qardaşının ölümündən və sairə bir çox maraqlı hadisələrdən bəhs edib. 

Yəqin hər birimizin həyatında belə hekayələr olub. Amma heç də hamı onları xatırlamır. 
"Atam bu haqda danışmağı sevmirdi. Adətən mən böyüklər bu barədə nə isə danışanda və ya xatırlayanda onların yanında olurdum. 

Atam Sevastopolda, sualtı qayıq bölüyündə müddətli xidmət edib. Matros idi. 1939-cu ildə o xərbi xidmətə çağırılıb. Qayıdandan sonra isə zavodda işləyir, anamla Petrodvortskda yaşayıb. Məncə, onlar orada ev də tikmişdilər. 

Müharibə başladı. O isə hərbi müəssisədə işləyirdi. Bu isə onu cəbhəyə getməkdən azad edirdi. Lakin o özü əvvəl partiyaya, sonra cəbhəyə getmək haqqında ərizə yazdı. Onu diversiya bölüyünə göndərdilər. 

Bu bölük o qədər də böyük deyildi. O, danışırdı ki, bölükdə 28 adam olub. Onları körpü, dəmiryolu partladırdılar. Amma demək olar ki, hər dəfə ələ keçirdilər. Kimsə satırdı. 

Bir dəfə onlar bir kəndə gediblər. Əməliyyatdan qayıdanda həmin kənddə onları faşistlər gözləyib. Lakin onlar gölməçədə bir necə saatr gizlənərək izlərini itirə biliblər. Bu müddət ərzində qamışla nəfəs alıblar". Putin bu hekayəni atasının öz danışdıqlarından xatırladığını deyib. 

Rusiya prezidentinin sözlərinə görə, atasının qrupunun rəhbəri alman olub. "Sovet vətəndaşı idi- lakin alman. 

Bu 28 nəfərdən ancaq 4-ü sağ qaldı. 24-ü isə həlak oldu. 

Bütün həyatı boyu o ayağındakı qəlpələrlə yaşadı. Onları çıxarmadılar. Balaca qəlpələrə sümüklərə ziyan vurmamaq üçün toxunmurdular. 
Şükür ki, ayağını saxlaya bildilər. Həkim yaxşı idi. Onun ikinci qrup əlilliyi var idi. Əlil kimi ona mənzil vermişdilər. Bu bizim ilk şəxsi evimiz idi. Düzdür buna kimi biz mərkəzdə yaşayırdıq, veriləndən sonra isə kənara köçdük. 

Anam isə yaralananda atama necə baş çəkdiyindən danışıb. Onların 3 yaşlı övladı var idi. Lakin aclq və blokada hökm sürürdü. Atam öz hospital payını da həkimlərdən gizli anama verir, anam isə onu evə gətirib uşağı doyuzdururdu. Atam buna görə aclıqdan huşunu itirməyə başladılar. Həkimlər məsələnin nə yerdə olduğunu anladılar və anamı onun yanına buraxmadılar. 

Sonra isə uşağı əllərindən aldılar. Bunu azyaşlını aclıqdan xilas etmək üçün edirdilər. Heç valideynlərdən də soruşmurdular. 

Anam deyir ki, uşaq orada difteriyaya yoluxdu və öldü. Onun harada dəfn edildiyini belə bizə demədilər". 

Putinin sözlərinə görə, ötən il tanımadığı insanlar ona öz təşəbbüsləri ilə qardaşı haqqında arxiv materiallarını təqdime diblər. Hər şey uyğun idi, ad, atasınına dı, yaşadığı yer, onu haradan apardıqları, doğum ili. Burada onun harada dəfn olunduğu belə qeyd edilmişdi - Piskarevski qəbristanlığı. 

"Uşağı aparandan, anam tənha qalandan sonra gəzməyinə icazə verilən atam evə qayıtdı. Evə gələndə o görüb ki, sanitarlar meyit aparırlar. O anamaı görüb. Yaxınlaşanda onun nəfəs aldığını zənn edib və sanitarlara belə dialoqu olub:

-O hələ sağdır. 
-Yolda sağ qalmayacaq. 

Əl ağaclarını onlara atıb və onu geri- mənzilə qaytarıb. Sanitarlar ona "necə istəyirsən. Amma bil ki, biz hələ 3-4 həftə bura gəlməyəcəyik. Özün məşğul olarsan" deyiblər. Anam sağ qaldı və 1998-cu ilə kimi yaşadı". 

Rusiya prezidenti qeyd edib ki, blokadadan sonra valideynləri öz yaxınlarının yanına - Tver qubernatorluğuna gediblər. Müharibənin sonuna kimi orada yaşayıblar. 

"Atamın ailəsi böyük idi. Onun 6 qardaşı olsa da, 5-i ölmüşdü. Bu ailə üçün əsl faciədir. Anamın da yaxınları ölmüşdü. Mən gec doğulmuşam. Anam məni dünyaya gətirəndə 41 yaşı var idi. 

Elə bir ailə yox idi ki, kimsə ölməsin. Fəlakət, faciə... Ən maraqlısı isə odur ki, onlarda düşmənə nifrət yox idi. Düzünə qalsa mən bunu hələ də tam anlamıram. Anam çox mehriban insan idi. O deyirdi: "Bu əsgərlərə necə nifrət etmək olar. Onlar sadə insanlardır və müharibədə ölürlər". Biz sovet kitabları, filmləri ilə tərbiyələndirilmişik və nifrət edirdik. Onda isə nə üçünsə bu heç yox idi. Onun sözlərini mən yaxşı yadımda saxlamışam" " Onlardan nə ala bilərik? Onlar da bizim kimi işçilərdir. Sadəcə onları cəbhəyə qovublar".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol