• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Bakıda “Səfəvi dolması”nın təqdimatı olub - FOTOLAR

Bakıda “Səfəvi dolması”nın təqdimatı olub - FOTOLAR
01.05.2015 22:59
Milli Kulinariya Mərkəzi şah sarayında bişirilən dolmanın reseptini əldə edib

"Azərbaycan mətbəxi o qədər zəngindir ki, onun təamları ilə dünyanın istənilən "ən yaxşı bizim mətbəximizdir” deyən xalqlarını təəccübləndirmək olar”. 

Bu sözləri Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov "Xanəgah” restoranın açılış mərasimində deyib. 

T.Əmiraslanovun yaxın çevrəsinin, Azərbaycanının sənət dünyasının tanınan isimlərinin dəvət edildiyi mərasimdə qonaqlara Səfəvi sarayında bişirilən dolma təqdim edilib. 

Tahir Əmiraslanov bildirib ki, dolmanın resepti etnoqrafların araşdırmaları zamanı əldə edilib: "Bu gün sizə şah babamız Şah İsmayıl Xətainin yediyi yarpaq dolmasını təqdim edəcəyik. Bizim mərkəzimizin əsas məqsədlərindən biri də mətbəx ənənələrimizi yaşatmaqdır. Bunun üçün davamlı olaraq, axtarışdayıq. Çalışırıq ki, Azərbaycan ərazisindəki dövlətlərin, o sıradan, yaxın tariximizə qədər var olan xanlıqların dönəmində saraylarda bişirilən milli mətbəx nümunələrimizi təbliğ edək”.

Səfəvi dolmasından başqa mərasimdə samovarda bişirilən düşbərə, fisincan qutabı, şüyüdplov, səbziqovurmaplov, çeşidli soyuq qəlyanaltılar, milli şirniyyat növləri, çərəzlər, içkilər də təqdim edilib.

"Xanəgah” restoranının dizaynı da diqqəti çəkib. Ümumi salonun kənarlarında Azərbaycanın 9 xanlığına aid hücrələr qurulub. Hücrələr aid olduğu xanlığın gerbi ilə yanaşı, xanlığa özəl tikmə nümunələri ilə bəzədilib. (musavat.com)
 









www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl payız - FOTOREPORTAJ
06:53
Qızıl payız - FOTOREPORTAJ
“Katti Sark”: XIX əsrdən qalma məşhur gəmi muzeyi – REPORTAJ
06:45
“Katti Sark”: XIX əsrdən qalma məşhur gəmi muzeyi REPORTAJ
İçəridən baxış: Londonun nəqliyyat muzeyi – REPORTAJ
06:04
İçəridən baxış: Londonun nəqliyyat muzeyi REPORTAJ
Polşanın Lyublin şəhərində Yagellan yarmarkası – REPORTAJ
22:27
Polşanın Lyublin şəhərində Yagellan yarmarkası REPORTAJ
İlqar Əkbərov: “Fotoqrafiyanı bəyənirəm, ancaq rəsmi sevirəm” – MÜSAHİBƏ
21:55
İlqar Əkbərov: “Fotoqrafiyanı bəyənirəm, ancaq rəsmi sevirəm”MÜSAHİBƏ
Avstriya memarı Otto Vaqnerin məşhur rezidensiyası - REPORTAJ
19:08
Avstriya memarı Otto Vaqnerin məşhur rezidensiyası - REPORTAJ
Daxildən baxış: Am-Ştaynhof kilsəsi - REPORTAJ
15:58
Daxildən baxış: Am-Ştaynhof kilsəsi - REPORTAJ
Bakının parkları: Azərbaycan İncəsənət muzeyi parkı - FOTOREPORTAJ
12:45
Bakının parkları: Azərbaycan İncəsənət muzeyi parkı - FOTOREPORTAJ
Emil Əfrasiyab: “Dinləyiciylə sevgimiz qarşılıqlıdır” – MÜSAHİBƏ
16:26
Emil Əfrasiyab: “Dinləyiciylə sevgimiz qarşılıqlıdır”MÜSAHİBƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol