• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanda 10 mindən çox yeni iş yeri açılacaq - Rövnəq Abdullayev

Azərbaycanda 10 mindən çox yeni iş yeri açılacaq - Rövnəq Abdullayev
05.05.2015 11:46
"Bu, ölkənin istehsalat və inşaat potensialını daha da artıracaq”.

Cənub Qaz Dəhlizi ilə bağlı planlar yalnız "Şahdəniz-2” ilə məhdudlaşmır. Bu layihə gələcək perspektivlər zəncirində əsas, amma yalnız ilk halqanı təşkil edir. 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 mlrd. kubmetr qaz həcminə çatdırılması tamamilə realdır.

Bu qazın da çox hissəsi Avropa bazarına təchiz oluna bilər. Əlbəttə, belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır.

Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan” qəzetinə yazdığı məqalədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, 3 mühüm seqmentdən ibarət Cənub Qaz Dəhlizi məhz belə bir sistem olacaqdır.

"1-ci seqment hazırda "Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amili olan CQBK-dir. Ötürmə qabiliyyəti ildə 20 mlrd. kubmetr təşkil edən bu kəmər işləkliyini artıq sübuta yetirmişdir. CQBK-nin genişləndirilməsi indiyədək aparılmış işlərin davamı olacaq.

2-ci seqment kimi TANAP - Trans-Anadolu boru kəməri nəzərdə tutulur. Bu, Azərbaycan və Türkiyənin birgə layihəsidir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 mlrd. kubmetr təşkil edəcək. Sonradan bu göstəricinin 30 mlrd. kubmetrədək artırılması imkanları da nəzərə alınmışdır.

Cənub Qaz Dəhlizinin 3-cü seqmentini isə Trans-Adriatik qaz boru kəməri təşkil edəcək. Uzunluğu 870 km olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşərək, Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaqdır. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunacaq təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq”, - deyə, o, vurğulayıb.

R.Abdullayevin sözlərinə görə, həyata keçiriləcək tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsinin Azərbaycanda icra olunacağı xüsusi vurğulanmalıdır.

"Bu, ölkənin istehsalat və inşaat potensialını daha da artıracaq”.

SOCAR prezidenti qeyd edib ki, 2018-ci ilədək layihə çərçivəsində 2 platforma quraşdırılmalı, sualtı boru kəmərləri çəkilməli, Səngəçal terminalında texnoloji sahə artırılmalıdır.

"Bu məqsədlə Bakıdakı tikinti-quraşdırma meydançalarında texniki və texnoloji rekonstruksiya işləri aparılacaq, bir neçə gəminin texniki və funksional imkanı artırılacaq, "İstiqlal” və "Dədə Qorqud” qurğuları da təkmilləşdiriləcəkdir.

Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün inşa ediləcək yeni unikal çoxprofilli gəminin Bakı Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılır. "Şahdəniz-2” və CQBK-nin genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaqdır”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol