• $ 1.7
  • € 1.7768
  • ₽ 1.8579
  • ₺ 0.0468
  • £ 2.1448

Ədil İsgəndərovun 105 illik yubileyi qeyd olundu

Ədil İsgəndərovun 105 illik yubileyi qeyd olundu
29.05.2020 02:58
 Mayın 5-də Azərbaycanın görkəmli teatr və kino rejissoru, SSRİ xalq artisti Ədil İsgəndərovun anadan olmasından 105 il ötüb.
 
"Report" xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi və Ədil İsgəndərovun ailə üzvləri böyük sənətkarın məzarını ziyarət edib.

"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, İctimai Televiziyanın direktoru Cəmil Əliyev Ədil İsgəndərovun Azərbaycan kinosu və teatrı üçün gördüyü işlərdən danışıblar.

Ədil İsgəndərovun tələbəsi, rejissor Elxan Qasımov müəllimi haqqında ürək sözlərini bölüşüb. O qeyd edib ki, nə qədər ki kino və teatr var Ədil İsgəndərov da, yaşayacaq. E.Qasımov müəllimini "şeyx" adlandırıb: "Ədil müəllim bizim şeyximiz idi, biz də onun müridləri. Bu gün onun bizə verdiyi çörəyi yeyirik. Allah Ədil müəllimə rəhmət eləsin. Mən "yeri cənnət olsun demirəm", onsuz da Ədil müəllimin etdiyi yaxşılıqlara görə yeri cənnətməkanlıqdır".

Ailə üzvləri adından Ədil İsgəndərovun qardaşı oğlu Elxan İsgəndərov çıxış edərək əmisini yad edən, xatirəsin əziz tutan hər kəsə təşəkkürünü bildirib.

Mərhumun qızı Dilarə İsgəndərova atası haqda xatirələrini bölüşüb, onu yad etdikləri üçün kinostudiyanın rəhbərliyinə minnətdarlığını bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol