• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Sabah bu yollarda hərəkət məhdud olacaq - Siyahı

Sabah bu yollarda hərəkət məhdud olacaq - Siyahı
05.05.2015 21:01
Mayın 6-da Azərbaycanın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. 


ANN.Az-ın Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 1-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 6-da aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhərində:

Bayraq meydanından Bibiheybət məscidinədək (Salyan şosesi, əks istiqamətdə) saat 10:00-dan 10:40-dək,

Bakı-Ələt yolunda:

Bakı-Sahil qəsəbəsi yolunda (Ələt istiqamətində) saat 10:30-dan 11:10-dək,

Sahil-Z.Tağıyev qəsəbələrini birləşdirən yolda:

Sahil-Z.Tağıyev yolu (hər iki istiqamətdə) saat 11:00-dan 12:00-dək,

Bakı-Şamaxı yolunda:

Bakı-Şamaxı yolu, Sulutəpə qəsəbəsinədək (Bakı istiqamətində) saat 11:50-dən 12:15-dək,

Bakı-Sumqayıt yolunda:

Bakı-Sumqayıt yolu, Sulutəpə qəsəbəsindən Masazır qəsəbəsinədək (Sumqayıt istiqamətində) saat 12:10-dan 12:25-dək,

Masazır-Novxanı-Sumqayıt yolunda:

Masazır-Novxanı yolu (hər iki istiqamətdə) saat 12:15-dən 12:30-dək,

Novxanı-Sumqayıt dəniz kənarı yolu (hər iki istiqamətdə) saat 12:20-dən 12:45-dək,

Sumqayıt şəhərində:

Azərbaycan, Heydər Əliyev, Cəfər Cabbarlı, Zülfü Hacıyev, Sülh pr-ləri, habelə Üzeyir Hacıbəyov küçəsi ilə Babək pr-nin kəsişdiyi ərazi saat 12:30-dan 14:30-dək.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Həsənov və Azad Rəhimov birgə mətbuat konfransı keçirdi - FOTOLAR
07:08
Əli Həsənov və Azad Rəhimov birgə mətbuat konfransı keçirdi - FOTOLAR
İsrafil Aşurlu: “Alpinizm azadlıqdır!” – MÜSAHİBƏ
19:48
İsrafil Aşurlu: “Alpinizm azadlıqdır!”MÜSAHİBƏ
Balaca şahmatçılar - FOTOLAR
09:27
Balaca şahmatçılar - FOTOLAR
“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli oldu
17:23
“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli oldu
Daha bir Olimpiada - BAKIDA
10:12
Daha bir Olimpiada - BAKIDA
Bakı Olimpiya Stadionu - oyunlardan sonra - FOTOLAR
09:24
Bakı Olimpiya Stadionu - oyunlardan sonra - FOTOLAR
 Bizim də bir Ardamız olsaydı... KÖŞƏ
09:48
Bizim də bir Ardamız olsaydı... KÖŞƏ
Sabah bu yollarda hərəkət məhdud olacaq - Siyahı
21:01
Sabah bu yollarda hərəkət məhdud olacaq - Siyahı
16:00
"Mançester Yunayted"in məşq bazasında bir gün - REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol