• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Qorbaçov Obamanın hərəkətlərini qınadı

Qorbaçov Obamanın hərəkətlərini qınadı
07.05.2015 15:45
SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Moskvaya gəlməkdən imtina edən bir sıra Avropa ölkələri liderlərinin və ABŞ liderinin hərəkətini sabiq SSRİ xalqlarına hörmətsizlik hesab edir.

"Sovet İttifaqının faşizmə qarşı apardığı mübarizəyə öz münasibətini bildirmək imkanını iqnor etmək, insanların "qəhvəyi vəba”ya qarşı göstərdikləri sərhədsiz şücaətə qarşı hörmətsizlikdir”, - Qorbaçov "İnterfaks”a bildirib.

"Mən əminəm ki, Rusiyasız bu qələbəni əldə etmək mümkün deyildi. Bundan başqa, mən bu qara-qəhvəyi zolağın harada dayanacağını, ümumiyyətlə, onu bizim dövrə qədər təsəvvür edə bilmirəm. Əgər bəzi siyasətçilər bunu anlamırlarsa, bu, onların problemidir, amma mən əminəm ki, dünya xalqları bunu anlayır”, - sabiq sovet lideri bildirib.

Onun sözlərinə görə, amerikalılar var, Amerika hakimiyyəti var:

"ABŞ hakimiyyəti öz ideoloji və siyasi məsələlərini həll edirlər, onların Moskvaya tədbirlərə getməmələrinin səbəbi bununla izah olunur”, - agentliyin həmsöhbəti əlavə edib.

Bundan başqa, Qorbaçov hesab edir ki, Almaniya kansleri Angela Merkelin may ayının 9-u Moskvaya gəlməkdən imtina etməsinin səbəbi ona rəsmi Vaşinqton tərəfindən güclü təzyiq ilə şərtlənib.  

"Merkelin mayın 9-u Moskvaya gəlməkdən imtina etməsi ilə mövqeyini qəbul edə bilmirəm, amma onu qınaya da bilmirəm”, - Qorbaçov deyib.

"Ona hörmətlə yanaşıram və onun davranışını anlayıram. Mən əminəm ki, bu qərar ABŞ hakimiyyətinin güclü təzyiqi ilə əlaqədardır. Siyasət siyasətdir”, - SSRİ-nin sabiq prezidenti qeyd edib.//Oxu.az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol