• $
  • £

“Xocalı faciəsi yəhudilərə qarşı törədilən soyqırımı ilə eynidir”

“Xocalı faciəsi yəhudilərə qarşı törədilən soyqırımı ilə eynidir”
29.05.2020 10:27
"Avropada bəzi təşkilatlar Azərbaycana qarşı ədalətsiz mövqedə dayanıb. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, kütləvi qətliamlar törətməsi gündəmə gətirilmir. Bu, ədalətsizlikdir”.

Bunu APA-ya Niderland Yəhudi Tarix muzeyinin həmsədri və maliyyəçisi, Avropa-Niderland iş adamları Assosiyasiyasının vitse-prezidenti, Benelüks ölkələri üzrə yəhudi lobbisinin rəhbəri Joel Fresko deyib.
 
O bildirib ki, bu gün Avropada Yaxın Şərqdə baş verən faciələr, Ukraynadakı hadisələr qızğın müzakirə olunur, Dağlıq Qarabağ münaqişəsinə isə səthi yanaşma mövcuddur: "Bizim üçün ermənilər tərəfindən Xocalıda törədilən qətliam İkinci Dünya müharibəsi zamanı yəhudilərə həyata keçirilən soyqırımı ilə eynidir. Ermənistan Dağlıq Qarabağda insanlığa sığmayan cinayətlər törədib və bunun cavabını verməlidir”.
 
Lobbi rəhbəri onu da deyib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporuna həmişə dəstək olmağa hazırdırlar.
 
Qeyd edək ki, "APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Sərhəddənkənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Avropanın bir neçə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol