Veloyürüş başa çatdı
Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Tour d`Azerbaidjan-2015” beynəlxalq veloyürüşü başa çatıb.
Ölkəmizi bu mötəbər turnirdə təmsil edən "Synergy Baku Cycling Project” kontinental komandasının rəqibləri arasında 4 prokontinental, 15 kontinental və 4 milli komanda olub. Bunlar "Drapac Professional Cycling” (Avstraliya), "Androni Giocattoli” (İtaliya), "RUSVELO” (Rusiya), "Team Novonordisk” (hamısı prokontinental) və "Airgas Safeway Cycling Team” (ABŞ), "Adria-Mobil” (Sloveniya), "An Post-Chain Reaction” (İrlandiya), "LEOPARD Development Team” (Lüksemburq), "Giant-Champion System” (Çin Xalq Respublikası), "Tusnad” (Rumıniya), "MLP Team Bergstrasse” (Almaniya),
Bu mötəbər yarışlarda komandamızı Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Muqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviç təmsil ediblər.
İdmançılara mükafatları veloyürüşün Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.
www.ann.az
Ölkəmizi bu mötəbər turnirdə təmsil edən "Synergy Baku Cycling Project” kontinental komandasının rəqibləri arasında 4 prokontinental, 15 kontinental və 4 milli komanda olub. Bunlar "Drapac Professional Cycling” (Avstraliya), "Androni Giocattoli” (İtaliya), "RUSVELO” (Rusiya), "Team Novonordisk” (hamısı prokontinental) və "Airgas Safeway Cycling Team” (ABŞ), "Adria-Mobil” (Sloveniya), "An Post-Chain Reaction” (İrlandiya), "LEOPARD Development Team” (Lüksemburq), "Giant-Champion System” (Çin Xalq Respublikası), "Tusnad” (Rumıniya), "MLP Team Bergstrasse” (Almaniya),
"Banska Bystrica” (Sloveniya), "Torku” (Türkiyə), "CCN Cycling Team” (Laos), "Hrinkow Advarics” (Avstriya), "Parkhotel Valkenburg” (Niderland), "Dukla Praha” (Çexiya), "MINSK” (Belarus), "Cycling Academy Team” (İsrail), "Team Tavira” (Portuqaliya) (hamısı kontinental) komandaları, habelə Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli komandalarıdır.
Mayın 10-da paytaxt küçələrində veloturun 144 kilometr məsafəni əhatə edən yekun mərhələsi keçirilib.
"Rusvelo” komandasının təmsilçisi Sergey Firsanov yekun mərhələnin qalibi olub. Qazaxıstan yığmasının üzvü Aleksandr Şuşemoin finişə ikinci, "Synergy Baku” təmsilçisi M.Muqerli isə üçüncü gəlib.
"Adria Mobayl” komandasından Primoj Roqlits ümumi hesabda lider olub. Onun ardınca Yasper Oskeloyen ("Parkotel Valkenburq”), Matey Muqerli ("Synergy Baku”) gəlirlər.
Ümumilikdə velotur iştirakçıları beş mərhələdə ərzində 867 kilometr məsafə qət ediblər.
"Synergy Baku"nun üzvü M.Averin veloturun ən yaxşı azərbaycanlı iştirakçısı olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər