• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələri ilə yeni formatda əməkdaşlıq barədə düşünməlidir"

12.05.2015 17:18
"Avropa İttifaqı onunla daha sıx əlaqə qurmaq istəməyən "Şərq Tərəfdaşlığı” ölkələri ilə yeni formatda əməkdaşlıq barədə düşünməlidir”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Brüssseldə Gürcüstan prezidenti Georgi Merqvelaşvili ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
 
"Biz daha çox iş görməli və anlamalıyıq ki, bizim tərəfdaşlarımız bir-birindən çox fərqlidir. Biri bizimlə daha sıx inteqrasiyada maraqlıdır və bu halda biz gələcəkdə hansı addımları atmağın mümkün olduğu barədə düşünməliyik. Başqaları isə digər formada əməkdaşlıq istəyir. Bu halda isə əlaqələrimizi daha yaxşı şəkildə necə, o cümlədən yaradıla biləcək yeni format çərçivəsində davam etdirməyi nəzərdən keçirməliyik”, - deyə Aİ komissarı vurğulayıb.
 
Qeyd edək ki, Azərbaycanda da Aİ ilə əməkdaşlıq formatının dəyişdirilməsinin tərəfdarı kimi çıxış edir. Belə ki, rəsmi Bakı Aİ ilə assosiativ deyil, strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol