• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Müsəlman torpağında yəhudi əsgəri - VİDEO

Müsəlman torpağında yəhudi əsgəri - VİDEO
13.05.2015 12:29
İsraildən bir qədər uzaq, dünyanın məşhur olmayan, amma mühüm bir məkanında xüsusi yəhudi qəhrəmanı yaşayırdı.

Albert Aqarunov 10 uşaqdan biri olub. Onun anasını Azərbaycan hakimiyyəti  "Qəhrəman ana” elan edib.

Qubadakı Qırmızı qəsəbədən paytaxt Bakıya köçən, burada 10 övlad böyüdən Aqarunovlar ailəsindən bəhs edərək Albertin mühəndis ixtisası üzrə təhsil aldığını bildirib. Ağıllı, cəsur insan, yaxşı dost kimi tanınan Albert Aqarunov yaşasaydı, keçən ay - aprelin 25-də 46 yaşını tamamlayacaqdı.

Oxu.Az xəbər verir ki, bu barədə məşhur "The Times of Israel” İsrail qəzetində "Müsəlman torpağında yəhudi əsgəri” adlı məqalədə danışılır.

Məqalənin müəllifi İzrail Baruk qeyd edib ki, Albert öz hərbi karyerasına sovet ordusunda başlayıb, sonra isə öz vətəninə qayıdıb:

"O, Azərbaycanda göstərdiyi qəhrəmanlığı, rəşadəti ilə şöhrət qazanıb. Albert 1992-ci ildə 23 yaşında qəhrəmancasına həlak olub.

Albert Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərinin müdafiəsi üçün fədakarlıq göstərib. Onun cəsarətindən, peşəkar hərbi səriştəsindən və yəhudi əsilli olmasından qəzəblənən erməni işğalçıları Albertin öldürülməsi üçün 5 milyon rubl mükafat vəd ediblər.

Albert və Azərbaycanın digər yəhudi əsgərləri erməni təcavüzünə, etnik təmizləmə siyasətinə və ölkə ərazisinin 20 faizinin işğal olunmasına qarşı cəsarətlə vuruşublar.

Albertin və onun kimi digər yəhudilərin İsrailə və ya Qərb ölkələrinə gedə bilmək imkanlarının olmasına baxmayaraq, onlar vətəni qorumaq üçün qalıblar.

Albert Aqarunov bir alaydan olan yaralı yoldaşlarını xilas etmək üçün həyatını təhlükədə qoyaraq tankdan çıxıb və erməni snayperinin gülləsinə tuş gəlib.

Onun həyat yolu və qəhrəmanlığı müsəlman ölkələrində yaşayan yəhudilər arasında xüsusilə əks-səda doğurub. O, dinlərarası harmoniyanın çoxəsrlik ənənəsinə malik Azərbaycanda anadan olub və böyüyüb.

Albert Aqarunov vətəni - Azərbaycan uğrunda döyüşüb. Çünki Azərbaycan da minilliklər boyu yəhudi xalqını müdafiə edib”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda kranla evlilik təklifi – VİDEO
10:23
Bakıda kranla evlilik təklifi – VİDEO
MTN-nin tutduğu İŞİD-çilər danışdı - VİDEO
22:17
MTN-nin tutduğu İŞİD-çilər danışdı - VİDEO
Bakının mərkəzində “Sabun köpükləri” festivalı - VİDEO
14:08
Bakının mərkəzində “Sabun köpükləri” festivalı - VİDEO
Bərdədə zinət əşyaları ilə dolu iri küplər tapdı - VİDEO
09:15
Bərdədə zinət əşyaları ilə dolu iri küplər tapdı - VİDEO
Fərəhin anası danışdı – VİDEO
14:06
Fərəhin anası danışdı – VİDEO
Azərbaycanlı gənclərin təhlükəli hərəkətləri - VİDEO
22:22
Azərbaycanlı gənclərin təhlükəli hərəkətləri - VİDEO
Səkkizinci dəfə həbs olunan Sabirin nəticəsi imiş - VİDEO
14:17
Səkkizinci dəfə həbs olunan Sabirin nəticəsi imiş - VİDEO
Müsəlman torpağında yəhudi əsgəri - VİDEO
12:29
Müsəlman torpağında yəhudi əsgəri - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol