• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

"London Qalası"nın qeyri-adi kolleksiyası - FOTOREPORTAJ

14.05.2015 17:00
Rüstəm Qasımov 
 
 
Əgər siz orta əsrlərə aid silah növlərini sevirsinizsə, mütləq məşhur Taur qəsrini ziyarət edin. Söhbət "Ağ Qala”dan gedir. Orada çoxsaylı maraqlı eksponatlar yerləşir.  


Burada siz cəngavərlərin geyindiyi zirehli geyimlərə, atlara, həqiqi hərbi top-tüfəngə və digər silahlara rast gələcəksiniz. Burada qılınclar və qalxanlar da var.  Bir sözlə, sizi maraqlı səfər gözləyir. 


Ən çox diqqəti, orijinal formada hazırlanmış böyük əjdaha çəkir. Həmin əjdaha cəngavər yaraq-yasağı ilə təmin olunmuş formada qarşımızda durur. Onun ön və arxa ayaqları yaxın və uzaq məsafəli atışlar edə bilən silahlardan hazırlanıb. O, taxta boçkalar üzərinə yerləşdirilib və işığın düşməsi nəticəsində onun gözləri kəskin və ovsunlayıcı görsənir. Bu maraqlı eksponatın qarşısında çoxlu sayda şəkillər çəkdirilir. İnsan kütləsinin axını dayanmadığından, fotosessiya da dayanmaq bilmir. 


Qəsrdə uşaqlar üçün oyun aparatları quraşdırılıb. Məqsəd uşaqların orta əsr silahlarına toxunaraq onlara kontaktı yaratmaq niyyəti güdür. Beləliklə, ingilislər öz uşaqlarının orta əsrlərə olan marağını bu formada təmin edə bilir. Axı, hər şeyi canlı görmək onu yaddaşlarda daha möhkəm tutmağa kömək edir. 


Silah kolleksiyasından başqa, "Ağ Qala”nın çıxışında suvenir mağazası yerləşir. Səmimi desək, burada satılan suvenirlər ucuz deyil, amma turistlərin marağı çox böyükdür. 


Qədim ingilis qəsri olan Taurdan çəkilən şəkilləri ANN.Az oxucularının diqqətinə çatdırırıq.
 














www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bukingem sarayı - ingilis monarxların rəsmi rezidensiyası – REPORTAJ
Dünya 02:46
Bukingem sarayı - ingilis monarxların rəsmi rezidensiyası – REPORTAJ
İzmir - sirlərlə dolu sandıq - FOTOLAR
Dünya 11:57
İzmir - sirlərlə dolu sandıq - FOTOLAR
Səhra çiçəyi: Möcüzələr Bağı - FOTOLAR
Dünya 16:42
Səhra çiçəyi: Möcüzələr Bağı - FOTOLAR
Dünya 17:00
"London Qalası"nın qeyri-adi kolleksiyası - FOTOREPORTAJ
Londonun
Dünya 10:35
Londonun "Biq-Ben"indən maraqlı REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol