Obamanın köməkçisi: "Ömrümüz Kürd dövlətini görməyə yetəcək"
Prezident Barak Obamanın köməkçisi bu yaxınlarda ABŞ-da rəsmi səfərdə olan Bərzaniyə "İkimizdə də ömrü Kürd dövlətini görməyə yetəcək" deməsi iddia olunur.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, kürdlərə bağlı və peykdən yayımlanan "Rudaw TV"yə açıqlama verən nazir Derbaz Kosret İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə birgə mayın 1-dən etibarən bir həftə ərzində ABŞ-da keçirdikləri səfərdən danışıb.
Nazir ABŞ rəsmilərinin M.Bərzaniyə kürdlərin gələcəyi ilə bağlı ciddi müzakirələrin aparıldığını bildirib və əlavə edib ki, görüş zamanı "Artıq qonşu ölkələrin bizimlə necə əlaqə saxlamalarını gözləməyəcəyik. Bağdadda yeni iqtidar var və onlara yardımçı olacayıq. Ammabu, bizim kürd millətinin haqlarından vaz keçmək anlamına gələ bilməz" fikri ciddi şəkildə rezonans doğurub.
"Rudaw TV"yə danışan D.Kosret Bərzaninin ABŞ prezidenti Barak Obama və onun köməkçisi Co Bidenlə görüşü zamanı kürdlərin öz talelərini təyin edə biləcəkləri durumda olduqlarını və referendum ilə öz müstəqilliklərini sülh şəraitində elan edə biləcəklərini vurğuladığına diqqət ayırıb.
Nazirin dediyinə görə, Obama "kürd millərinin tələblərini öyrənmək istədik. Tələblərinizə qarşı deyilik. Amma hazırkı vəziyyədə bizim üşün daha önəlisi İŞİD terror təşkilatının mhv edilmədir" - münasibətini sərgiləyib. Amma prezident köməkçisi C.Biden "Siz narahat olmayın, ikimizin də ömrü Kürd dövlətini görməyə yetəcək" - xitabən M.Bərzaniyə müraciət edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox