Xalq artistlərimiz "indeyski" kinoda rol alıb
Bollivudun tanınmış rejissoru Priyadarşan ilk dəfə Bakıda film çəkəcək
Bollivudun tanınmış rejissoru Priyadarşan ilk dəfə Bakıda film çəkəcək.
ANS PRESS-in məlumatına görə, Azərbaycanla Hindistan arasında gercəkləşəcək ilk kinolayihədir.
Triller janrında olacaq tammetrajlı bədii filmdə baş rolu Hindistanın tanınmış kino aktyoru Mohonlal oynayacaq. Ekran işində həmçinin Aparna Nair və Sabu Siril çəkiləcək. Hindistan tərəfindən 20-yə yaxın kino işçisinin cəlb olunduğu filmdə həm də azərbaycanlı aktyorlar - xalq artistləri Amaliya Pənahova, Həmidə Ömərova, Rasim Balayev və əməkdar artist Fizuli Hüseynov rol alacaq.
Çəkilişlər paytaxt Bakıda, həmçinin Azərbaycanın müxtəlif regionlarında aparılacaq. Sözügedən ekran işinin çəkilməsində məqsəd Azərbaycanı dünyaya tanıtmaq, tarixi və mədəniyyəti ilə bağlı geniş informasiya ötürməkdir.
Rejissor Priyadarşanın filmoqrafiyası olduqca zəngindir. O, Bollivud tarixində 2-ci ən çox film çəkən rejissordur. "Kanchivaram” filminə görə Hindistanın prezidenti tərəfindən iki dəfə ölkənin milli mukafatina layiq görülüb. Film sahəsindəki xidmətlərinə görə ölkəsinin müxtəlif ali mükafatlarını alan rejissor, həm də dövlət tərəfindən təsis edilən mülki "Parmashri” ödülü ilə mükafatlandırılıb. Priyadarşan bununla yanaşı, müxtəlif ölkələrdə 168-dən çox reklam çarxı çəkib.
Sözügdən filmin ərsəyə gəlməsi üçün Hindistanın "Ful House” kino şirkəti Azərbaycanın "MR – Pictures Pro” və "Amal Film Production” la müqavilə imzalayıb. Filmlə bağlı mayın 18-də mətbuat konfransı keçiriləcək. Konfransda filmin rejissoru Priyadarşan, prodüsseri, "Full Hous” kino şirkətininin baş direktoru Ceysin, Azərbaycanın "MR – Pictures Pro” şirkətinin rəhbəri Rauf Mehdiyev, Amaliya Pənahova, Həmidə Ömərova, Rasim Balayev və Fizuli Hüseynov iştirak edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər