• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Avropa Oyunlarının məşəli Qazaxda

Avropa Oyunlarının məşəli Qazaxda
18.05.2015 17:46
Son illərdə daha da gözəlləşən, müasirləşən, abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı Qazax şəhəri bu günlərdə bayram libasına bürünüb. 

Birinci Avropa Oyunlarının məşəlinin qarşılanacağı Heydər Əliyev prospektində, eləcə də şəhərin Nizami, Vidadi, M.Carçıyev, M.Dilbazi, Şəhidlər xiyabanı, Vaqif, Azadlıq, Bakı, N.Nərimanov, Ə.Şıxlinski küçələrində və Heydər Əliyev parkında əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Minlərlə rayon sakini, gənclər, idmançılar və veteranlar birinci Avropa Oyunlarının məşəlini böyük maraq və sevinc hissi ilə gözləyirdilər.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, birinci Avropa Oyunlarının məşəli mayın 18-də Qazax şəhərinə gətirildi.

Heydər Əliyev prospektində minlərlə rayon sakininin və idmançıların iştirakı ilə birinci Avropa Oyunlarının məşəlinin möhtəşəm qarşılanma mərasimi oldu. Birinci Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Vüsal İsmayılov qazaxlıların sevinc dolu alqışları və gül-çiçək yağışı altında məşəli qəbul etdi.

Sonra məşəlçilərin yürüşü başladı. Heydər Əliyev prospekti boyunca üç kilometrə yaxın məsafədə on məşəlçi bir-birini əvəzləyərək yürüşü davam etdirdi. Məşəl minlərlə rayon sakininin alqış sədaları və müşayiəti ilə Heydər Əliyev parkına gətirildi. Sonuncu yürüşçü - rayonun fəal gənci Tərxan Əhmədov burada qurulmuş səhnəyə çıxaraq məşəli alovlandırdı.

Birinci Avropa Oyunlarının çırağı dördqat dünya, altıqat Avropa çempionu Qismət Vəkilova təqdim edildi. Çıraq ilk Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.

Daha sonra aprelin 26-da Atəşgah məbədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və 150-dən çox qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olundu.

Rayon sakini, idmançı, Prezident təqaüdçüsü Kamal Əhmədov birinci Avropa Oyunlarının məşəlinin Qazax şəhərinə gətirilməsindən duyduğu sevinc hislərini AZƏTRAC-ın müxbiri ilə bölüşərək dedi: "Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirir. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, bu gün Azərbaycanın "Qərb qapısı” olan Qazaxda yandırılan alov tezliklə Qarabağımızda – Xankəndidə, Şuşada, Ağdamda və işğal olunmuş digər şəhərlərimizdə yandırılsın”.

Qazaxda dərc olunan "Göyəzən” qəzetinin redaktoru Elçin İsmayıl isə fikirlərini belə ifadə etdi: "Birinci Avropa Oyunlarının məşəl yürüşünü üzlədiyim üçün bütün qazaxlılar kimi, mən də özümü xoşbəxt hiss edirəm. Bu tarixi hadisə sübut edir ki, ölkəmiz təkcə iqtisadi cəhətdən deyil, idman sahəsində də mühüm uğurlara imza atır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun məntiqi nəticəsidir. Bu yarışlar Azərbaycan idmanının daha da inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin təbliğinə geniş imkanlar açacaq”.

Respublikamızın, eləcə də rayonun incəsənət ustalarının ifasında konsert proqramı qazaxlıların bayram sevincini daha da artırıb.

Qazaxlılara xoş ovqat bəxş edən mərasim atəşfəşanlıqla başa çatıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol