• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakıdakı dəhşətli yanğın zamanı - Özünü balkondan atdı, öldü - Video+Fotolar

Bakıdakı dəhşətli yanğın zamanı - Özünü balkondan atdı, öldü - Video+Fotolar
19.05.2015 12:11
Bakıda baş verən dəhşətli yanğın zamanı bir nəfər özünü binadan atıb.

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 16 mərtəbəli binada baş verən yanğın zamanı bir kişi özünü səkkizinci mərtəbədən ataraq ölüb.

Qeyd edək ki, həmin şəxsin ailəsi hələ binadan çıxarılmayıb.


***

Bakıda daha bir üzlənmiş binada yanğın baş verib.


"Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı fotoları jurnalist Əzizə İsmayılova Facebook hesabında paylaşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, bina bir neçə dəqiqə ərzində yanıb.

Qeyd edək ki, həmin bina alkopanla üzlənib.

***

Hadisə Azadlıq metrosunun yanındakı 16 mərtəbəli binada baş verib.

***

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, bina sakinləri hələ də xilas olunmayıb.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir.

***

Bina sakinlərinin verdiyi məlumata görə, yanğın birinci mərtəbədən başlayıb. Bir neçə saniyə ərzində isə bütün binanı əhatə edib. Binada 54 mənzil var.
 







 
 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirildi - Fotolar+Video
17:59
Gürcüstanda İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirildi - Fotolar+Video
Bakıdakı dəhşətli yanğın zamanı - Özünü balkondan atdı, öldü - Video+Fotolar
12:11
Bakıdakı dəhşətli yanğın zamanı - Özünü balkondan atdı, öldü - Video+Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol