• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Yanan binadan özünü aşağı atan şəxsin kimliyi məlum oldu - FOTOLAR

Yanan binadan özünü aşağı atan şəxsin kimliyi məlum oldu - FOTOLAR
20.05.2015 09:00
Bakının Binəqədi rayonunda yanan binadan özünü aşağı atan şəxsin kimliyi bilinib.

27 yaşlı Yaşar Nəcəfzadənin iş yoldaşının ANS PRESS-ə verdiyi məlumata görə, Y.Nəcəfzadə yanan binada kirayədə qalırmış.

Onun sözlərinə görə, Y.Nəcəfzadə Bakıdakı marketlərdən birində adminstrator vəzifəsində çalışırmış. İş yoldaşlarının sözlərinə görə, Y.Nəcəfzadə çox tərbiyəli, sakit və namaz qılan insan idi. Fotoları da iş yoldaşı göndərib.

Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.

Yanğın baş verən əraziyə çox sayda insan və polis əməkdaşı toplaşıb. Son məlumatlara görə, dəhşətli yanğın nəticəsində 14 nəfər ölüb, 50-dən çox yaralı var.

Allah rəhmət eləsin.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
10:09
"Kapital Bank"a silahlı basqın olub, mühafizəçi yaralanıb - Fotolar
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar
21:28
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar
Bakıda küçəni su basdı - FOTOLAR
15:38
Bakıda küçəni su basdı - FOTOLAR
Yanan binadan özünü aşağı atan şəxsin kimliyi məlum oldu - FOTOLAR
09:00
Yanan binadan özünü aşağı atan şəxsin kimliyi məlum oldu - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol