• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

ABŞ-da 28 may “Azərbaycan Milli Günü” elan edilib - FOTO

ABŞ-da 28 may “Azərbaycan Milli Günü” elan edilib - FOTO
21.05.2015 20:58
ABŞ-ın Nevada ştatında 28 may tarixi "Azərbaycan Milli Günü” elan edilib. Bu barədə Modern.az saytına Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Bununla bağlı ştatın qubernatoru Brayan Sandoval və dövlət katibi Barbara Çegavski tərəfindən müvafiq bəyannamə imzalanıb.  

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək, demokratik respublika təsis edib və İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurub.

Qeyd olunur ki, müstəqilliyini elan etdikdən sonra Azərbaycan qısa müddət ərzində dini etiqadından, cinsindən, irqindən və etnik kimliyindən asılı olmayaraq bütün vətəndaşlarına seçki hüququ verib, hətta qadınlara seçki hüququnun verilməsi məsələsində ABŞ-ı bir il qabaqlayıb.

Həmçinin, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi vurğulanaraq, hər il ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Milli Gün olaraq qeyd etdiyi bildirilir. 
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Stratfor: Qarabağa Rusiya sülhməramlıları yeridilə bilər
Dünya 16:32
Stratfor: Qarabağa Rusiya sülhməramlıları yeridilə bilər
Rusiya üçün zəif nöqtə Azərbaycan idi
Dünya 21:16
Rusiya üçün zəif nöqtə Azərbaycan idi
XİN-dən Rusiyanın silah üçün Ermənistana 200 milyon dollar ayırmasına münasibət
Dünya 19:31
XİN-dən Rusiyanın silah üçün Ermənistana 200 milyon dollar ayırmasına münasibət
XİN Avropa Məhkəməsinin azərbaycanlı köçkünlərlə bağlı qərarına dair bəyanat yaydı
Dünya 14:58
XİN Avropa Məhkəməsinin azərbaycanlı köçkünlərlə bağlı qərarına dair bəyanat yaydı
Putin Bakıda İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Dünya 18:45
Putin Bakıda İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
ABŞ-da 28 may “Azərbaycan Milli Günü” elan edilib - FOTO
Dünya 20:58
ABŞ-da 28 may “Azərbaycan Milli Günü” elan edilib - FOTO
Dünya 13:53
"Putin məsuliyyəti üzərindən atmağa çalışır" - POLİTOLOQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol