• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Heydərov I Avropa Oyunları zamanı təhlükəsizlikdən danışdı

Heydərov I Avropa Oyunları zamanı təhlükəsizlikdən danışdı
23.05.2015 13:24
"Mən əminəm ki, Birinci Avropa Oyunları zamanı insanların təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək”. 

Trend-in yaydığı xəbərə görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Böyük Britaniyanın "The Business Year” jurnalına müsahibəsində Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Nazirliyin rolundan danışarkən deyib. K.Heydərov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin ən mühüm vəzifəsi Oyunlar zamanı bütün idmançıların və qonaqların təhlükəsizliyinin təmin etməsidir və bu istiqamətdə ciddi tədbirlər görülür. Nazirin sözlərinə görə, bütün obyektlərin tikintisi zamanı yanğın və tikinti təhlükəsizliyinə ciddi diqqət yetirilir, bütün obyektlərə ciddi nəzarət edilir, onlar sınaqdan keçirilir və hər hansı nöqsanlar olduğu halda aradan qaldırılması üçün təcili tədbirlər görülür.

K.Heydərov əlavə edib ki, Nazirliyin müvafiq departamentləri fövqəladə hallarda evakuasiya planları hazırlayır və bu planların tətbiqi ilə bağlı müxtəlif təlimlər keçirir.

Nazir əlavə edib ki, fövqəladə vəziyyətə dərhal reaksiya vermək məqsədilə fövqəladə xilasetmə resurslarının planlaşdırılmasına xüsusi diqqət yetirilir: "Həmçinin biz Nazirliyin bütün resurslarını və imkanlarını bir nöqtədən idarə etmək üçün komanda mərkəzi yaratmağı nəzərdə tuturuq. Eyni zamanda, Bakı 2015 Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq yaratmaq məqsədilə Nazirliyin müxtəlif departamentlərin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və daimi əlaqələndirici təyin edilib”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Ukrayna - Fransa qarşıdırması
10:06
Ukrayna - Fransa qarşıdırması
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR
08:25
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR
08:19
"Bakı-2015": Məşəl estafeti Sumqayıtda
İlk Avropa Oyunlarının şərəfinə animasiyalar - FOTO
06:41
İlk Avropa Oyunlarının şərəfinə animasiyalar - FOTO
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur
02:55
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
02:01
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR
00:38
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol