• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Ermənilər Azərbaycan rəqsini oğurladı - VİDEO

Ermənilər Azərbaycan rəqsini oğurladı - VİDEO
26.05.2015 17:23
Rusiyanın Rostov Don şəhərində 1500-dən çox erməni əl-ələ verərək 30 dəqiqə durmadan "Köçəri” yallısı oynayıblar. 

ANS PRESS-in məlumatına görə, gənjlərin, uşaqların və yaşlıadamların dəstəsinə Ermənistanın baş konsulu Ararat Qomsyan və Naxiçevan-Don erməni ijmasının başçısı Arutyun Surmalyan qoşulub. Ermənilər "Köçəri” yallısını erməni rəqsi kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına salmaq üçün bu aksiyanı keçiriblər. Bununla da tarixən Qərbi Azərbaycanda - İrəvan çuxurunda, Ağbabada və Göyçə mahalında yaşayan türklər tərəfindən ifa edilən bu rəqsi ələ keçirmək istəyirlər. 

Bu rəqs Ermənistan SSR-də yaşayan yerli türk əhalinin - azərbaycanlıların toylarının əsas musiqisi idi. Qərbi Azərbaycan toylarında əsasən 3-4 musiqi daha populyar idi - "Köçəri” yallısı, "Atlandırma”, "Tərəkəmə” və "Giziroğlu” əsas rəqs havaları idi. 

Görünür, 1828-ci ildə İrəvan xanlığı Rusiyanın nəzarətinə keçdikdən sonra regiona köçürülmüş ermənilər bu rəqsi dillərini və mədəniyyətlərini çox yaxşı bildikləri Azərbaycan türklərindən götürüblər. 1828-ci ildə İrəvan xanlığının əhalisinin təxminən 5 faizi erməni olub və ermənilər bir neçə mərhələdə köçürüldüyünə görə, hətta 1988-ci ildə belə ermənilərin əksəriyyəti avtoxton əhalinin dilini - Azərbaycan dilini bilirdi. Ermənilər "Köçəri” rəqsinin adının türkcə olduğunu da etiraf edirlər, amma bunun türk sözü olan "qoç” sözündən yarandığını iddia edirlər, yəni qoç ərlərin rəqsi. Ermənilərlə yanaşı 1828-ci ildən sonra Qərbi Azərbaycana köçmüş yəzidi kürdləri də "Köçəri”ni öz milli rəqsləri sayırlar. 






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tarkan gizlicə cərahiyyə əməliyyatı keçirib
14:03
Tarkan gizlicə cərahiyyə əməliyyatı keçirib
87-ci mövsümün yekununda “Sima” təqdim olundu... - Fotolar
17:00
87-ci mövsümün yekununda “Sima” təqdim olundu... - Fotolar
İyunun ən çox satılan kitabları - Bakıda
15:49
İyunun ən çox satılan kitabları - Bakıda
Dahilər bu kitabları oxuyub - Adlar
17:12
Dahilər bu kitabları oxuyub - Adlar
Ermənilər Azərbaycan rəqsini oğurladı - VİDEO
17:23
Ermənilər Azərbaycan rəqsini oğurladı - VİDEO
​Pikassonun əsəri hərracda 179 milyon dollara satıldı
09:52
​Pikassonun əsəri hərracda 179 milyon dollara satıldı
Elnur 2-ci yer tutdu
11:09
Elnur 2-ci yer tutdu
Məşhur türk aktyoru vəfat etdi
14:02
Məşhur türk aktyoru vəfat etdi
Prezident Afaq Bəşirqızı ilə bağlı sərəncam imzaladı
19:39
Prezident Afaq Bəşirqızı ilə bağlı sərəncam imzaladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol