• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Səhra çiçəyi: Möcüzələr Bağı - FOTOLAR

Səhra çiçəyi: Möcüzələr Bağı - FOTOLAR
29.05.2015 16:42
Dubay, Birləşmiş Ərəb Əmirliyində təkcə dəbdəbəli hotelleri ilə deyil, həmçinin möhtəşəm arxitektura layihələri ilə məşhur olan inanılmaz şəhərdir. Bunlardan biri də Möcüzələr Bağıdır. Bir-iki il olar ki, bu bağ kimsəsiz səhrada ucaldılıb, ancaq o, artıq dünyada ən böyük çiçək parkı adını alıb. Orada olmuş hər kəs eyni fikri deyir ki, bura dünyanın 8-ci möcüzəsidir və hər kəs heç olmasa həyatda bir dəfə buranı görməlidir. 

ANN.Az xəbər portalı AdMe.ru-ya istinadən Möcüzələr Bağına qiyabi səyahət etməyi və onun möhtəşəmliyini qiymətləndirməyi təklif edir. 



Çiçək parkı 6,7 ha ərazidə salınıb. Bura 45 çiçək növü gətirilib, bu çiçəklərdən divarlar, piramidalar və qalalar ucaldılıb. 
 


Bəzədilmədə əsasən petuniyadan istifadə olunub. Kompozisiyanı həmçinin ətirşah, koleus, həmişəbahar və müxtəlif çiçəklər tamamlayır. 



Parkın açılışı Sevgililər Gününə həsr edilib. Buna görə də həmin yer sevgililər və ailələr arasında daha məşhurdur. 
 

 
 
 

Bu möcüzəni sərt hava şəraitindən qorumaq üçün onun perimetri boyunca xüsusi olaraq ağaclar əkilib. 


 
 

Park Ginnesin rekordlar kitabına daxil edilib. Buna səbəb parkda hündürlüyü 3, uzunluğu 800 metr olan gül divarının mövcudluğudur.


 
 
 
 

 
 
 
Burda həmçinin müxtəlif qurğular quraşdırılıb. Məsələn, bir çox Avropa şəhərlərində sevilən çətirlər. 
 

 
 

Parkın rəng palitrası 60 müxtəlif çiçək və onların çalarlarından ibarətdir. Sulama üçün çirkli suların damcı suvarma sistemindən istifadə olunur. Bu üsul həm suyun, həm də elektrik enerjisinin qənaətinə şərait yaradır


 
 
 

Dizaqynerlər insan və təbiətin tamlığının rəmzi olan 10 metrelik qala ilə fəxr edirlər. 


 
 
 

Hər il parkdakı bitkilərin sayı çoxaldılması davam etdirilir. Parkın yaradıcıları daima yeni nəsə fikirləşir və parkın landşaftı dəyişirlər.

 
 

Hazırladı Nuray


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bukingem sarayı - ingilis monarxların rəsmi rezidensiyası – REPORTAJ
Dünya 02:46
Bukingem sarayı - ingilis monarxların rəsmi rezidensiyası – REPORTAJ
İzmir - sirlərlə dolu sandıq - FOTOLAR
Dünya 11:57
İzmir - sirlərlə dolu sandıq - FOTOLAR
Səhra çiçəyi: Möcüzələr Bağı - FOTOLAR
Dünya 16:42
Səhra çiçəyi: Möcüzələr Bağı - FOTOLAR
Dünya 17:00
"London Qalası"nın qeyri-adi kolleksiyası - FOTOREPORTAJ
Londonun
Dünya 10:35
Londonun "Biq-Ben"indən maraqlı REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol