• $
  • £

Nərə balığının ovuna qoyulan qadağa davam edəcək

Nərə balığının ovuna qoyulan qadağa davam edəcək
01.06.2015 15:18
 Xəzər dənizi Su Bioresursları komissiyasının üzvləri nərə ehtiyatlarının vəziyyəti ilə bağlı müzakirələr aparıblar. Tərəflər 2015-2016-cı illərdə də kommersiya məqsədi ilə bu növlərin ovuna qadağanın davam etdirilməsi barədə razılığa gəliblər.
 
"Report" Balıqçılıq üzrə Rusiya Federal Agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburqda Xəzər dənizi Su Bioresursları Komissiyasının 35-ci iclası keçirilib. Tədbirdə bütün Xəzəryanı ölkələr - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.

Görüşün nəticələrinə görə, tərəflər 2015-2016-cı illərdə nərə balığı növlərinin ovuna qoyulan qadağanın uzadılması barədə razılığa gəliblər. Bu növ balıqların ovlanması yalnız tədqiqat və balıqların süni bərpası məqsədilə həyata keçiriləcək.

Görüş iştirakçıları 2014-cü ildə IV Xəzər sammitində imzalanan Xəzər dənizinin su bioresurslarının səmərəli istifadəsi və qorunması haqqında Sazişin tezliklə reallaşaraq həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Tərəflər, həmçinin sazişin ratifikasiyası üçün zəruri olan ölkədaxili prosedurların sürətləndirilməsi barədə də razılığa gəliblər.

Elmi mənbələrə görə, Xəzər dənizində nərə balıq növləri ehtiyatlarının azalması davam edir. Bu isə öz növbəsində, bu balıq növlərinin mühafizəsi və süni bərpasına yönələn tədbirlərin gücləndirilməsini zəruri edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol