• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 1500 sürücü "oyun zolağı"na çıxdı

Bakıda 1500 sürücü "oyun zolağı"na çıxdı
01.06.2015 15:29
Bakıda "oyunlar zolağı”na qanunsuz daxil olan nəqliyyat vasitələrinin sayı xeyli azalıb.
 
Bakı şəhər Dövlət Yol Polis İdarəsi Yol hərəkəti idarəetmə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mübariz Qazıyevin ANS PRESS-ə verdiyi məlumata görə, mayın 29-dan bu günə qədər paytaxtda quraşdırılan kameralar vasitəsilə 1500-ə yaxın sürücü həmin qaydanı pozduğuna görə qeydiyyata düşüb.

"Mayın 29-da, qadağanın tətbiq olunmağa başladığı gün qayda pozan çox idi. Çoxu bilmədiyi üçün xəttə girirdi. Bu gün isə bir az azalıb. Mayın 29-da 600, 30-da 350, 31-də isə 300-ə yaxın sarı zolağa girən sürücü kamera vasitəsilə müəyyən edilib. Bu gün günün axırında da dəqiq rəqəm məlum olacaq. Bundan başqa, kameraya düşməyən, lakin yol polisləri tərəfindən qeydə alınan qayda pozan sürücülər də var”.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı ANS PRESS-ə açıqlamasında bildirib ki, "Oyunlar zolağı” ilə bağlı qadağalar qüvvəyə minəndən sonra ilk iki gün ərzində, xüsusən də ilk gündə sürücülərin bir hissəsi düşünmürdülər ki, sarı zolaqlı yola çıxdıqlarına görə cərimə olunacaqlar. Bu səbəbdən də, çoxu bu məsələyə dırnaqarası yanaşırdı.

"Yol polisinin bir neçə saata onlarla sürücünü cərimələdiyi barədə məlumatı yayılandan sonra belə halların sayı kəskin şəkildə azalıb. Yollardakı müşahidə kameraları 300 metrə qədər çəkə bilir. Yəni zolağa girib kameranı görəndən sonra yenidən zolaqdan çıxanlar elə bilməsinlər ki, cəzasız qalacaqlar. Onların hamısı qeydə alınır və cərimələndiyi barədə sənədlər yol polisi tərəfindən onların ünvanlarına göndərilir. Hazırda isə şəhərdə vəziyyət normaldır və indi demək olar ki, sürücülər "Oyunlar zolağı”na keçmirlər”.

Qeyd edək ki, mayın 29-dan etibarən I Avropa Oyunları ilə əlaqədar müəyyən edilmiş - rəsmi icazəsi olan nəqliyyat vasitələrindən başqa, digər avtomobillərin həmin zolağa çıxması qadağandır. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, 40 manat məbləğində cərimə olunurlar. Əgər "Oyunlar zolağı" digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər İXM-in 151.2-ci maddəsinə əsasən, 40 manat, üstəgəl, 4 cərimə balı ilə cərimələnəcəklər.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol