• $
  • £

Saakaşvili Gürcüstan vətəndaşlığından imtina etmir

Saakaşvili Gürcüstan vətəndaşlığından imtina etmir
29.05.2020 00:47
Mayın 30-da Odessanın qubernatoru təyin olunmaqla Ukrayna vətəndaşlığı alan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili  gürcü pasportundan imtina etməyəcəyini bəyan edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o deyib ki, digər ölkənin vətəndaşlığından çıxmaq üçün Ukrayna qanunvericiliyində iki illik keçid dövrü nəzərdə tutulub: "Ukrayna sərhədləri daxilində Ukrayna vətəndaşı olub digər ölkənin vətəndaşlığından çıxmaya bilərsən”.

Saakaşvili xatırladıb ki, onu vətəndaşlıqdan Gürcüstanın indiki prezidenti məhrum edə bilər: "Mən bu haqda müraciət etməyəcəyəm. Əgər prezident bu qərarı özü qəbul edib məni vətəndaşlıqdan məhrum edəcəksə, bu vətəndaşlığı gürcü xalqı özü bərpa edəcək”.

Bununla belə, eks-prezident deyib ki, öz niyyətlərini reallaşdırmaq üçün Gürcüstana qayıtmaq fikrində deyil.

Mayın 30-da Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş dövlət başçısı Mixail Saakaşvilini Odessa vilayətinin rəhbəri təyin etməklə, ona Ukrayna vətəndaşlığı da verib.

Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani bəyan edib ki, Saakaşviliyə Ukrayna vətəndaşlığı verilməsindən sonra onun ölkəyə ekstradasiyası mümkün olmayacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol