• $ 1.7
  • € 1.9496
  • ₽ 0.021656
  • ₺ 0.043
  • £ 2.2799

Ən əsası öz-özünü bağışlamaqdır - KÖŞƏ

Ən əsası öz-özünü bağışlamaqdır - KÖŞƏ
03.06.2015 10:45
Orxan Aslanlı

Bağışlamaq – bəziləri üçün bu məfhumun dini aspekti daha önəmlidir. Yəni bağışlamaq yalnız Allaha məxsusdur. Bəziləri üçün isə şəxsi aspekti var – ya qarşı tərəf bağışlamalıdır, ya da insan daxilən özünü əfv etməlidir. 
 

Düzdür, bağışlamaq və bağışlanmağın üstünlüklərinə dini baxımdan daha çox önəm verilir, amma bu prosesdə ən əsası daxili sakitlik tapmaqdır, rahatlamaq, sakitləşməkdir. 

Adəm övladının səhv çox olub və bundan sonra da çox olacaq. Bağışlanma prosesi də məhz bu səhvlərdən başlayır, əvvəl yanlış edir, günah işlədir, sonra isə peşman olub əfv dilənir. 

Məsələn: İki nəfər avtobusda yol gedir. Dayanacaqda avtobusdan enərkən biri digərinin ayağını tapdalayır. Bir kiçik toxunuş böyük dava-dalaşa, hətta əlbəyaxa döyüşə qədər uzanır. Ayağı tapdalanan ayaq tapdalayandan bir kəlmə söz gözləyir - "üzr istəyirəm”, amma qarşı tərəf bunu özünə rəva bilmir. Bu zaman yumruqlar, şillələr göydə oynayır, hətta ortaya bıçaq çıxır. Çox xırda, elementar bir hadisə faciəyə qədər uzanır - bıçaqlanma nəticəsində tərəflərdən biri dünyasını dəyişir. Bax, bağışlanma, peşmançılıq həmin an başlayır – qarşıda bir canlının meyit olduqda. 

Bir müddət sonra qatil olan şəxsin məhkəməsi keçirilir, hökm oxunur, azadlıqdan məhrum edilir. Yəni, insanlar bir günah işlətmiş adamı bağışlamır, onu cəzalandırırlar. Çox elementar bir hadisə üzündən qatil olan şəxs sözün əsl mənasında azadlıqdan, rahat həyat tərzindən, doyunca günəşə baxmaqdan, axşamları rahat yatmaqdan, hətta ailəlidirsə, oğlundan-qızından, həyat yoldaşından ayrı düşür.

Həbsxanada günlər bir-birini əvəz etdikcə, artıq məhbus adını çiyinlərində daşıyan şəxs öz hərəkəti və həbsxanaya düşməsi haqqında çox düşünməyə məcbur olur. Nədən axı? Niyə? Sadəcə bir "bağışla” ifadəsi lazım idi ki, bu faciə baş verməsin, bir insan torpaq altına, digəri dəmir barmaqlıqlar arasında düşməsin. Sadəcə bir "bağışla” ifadəsi lazım idi... İnsanların qatilə verdiyi cəza daxili rahatlığı təmin edə bilirmi? Əsla, edə bilməz. Cinayət törətmiş bir insan ona verilə cəzanın ağırlığı altında yalnız peşmanlıq çəkir, həyata baxışı dəyişir, fiziki baxımdan qocalır, xəstələnir. 

Bəs daxili rahatlanma, sakitlik nə vaxt ola bilər? Yalnız qatil öldürdüyü adamın qəbri üstə gedib ondan bağışla diləyəndəmi? Yaxud qohum-əqrabası qarşısında dayanıb üzr istəyəndəmi? Məncə, heş bunlar da yardım eləmir. Yalnız bir hal istisnadır – insan öz vicdanı qarşısında özünü bağışlayanda. İnsan öz-özü ilə haqq-hesabı kəsib bitirdikdən sonra, insan özü öz cəzasını verib daxilən islah olandan sonra rahatlıq, sakitlik tapa bilir. Bu mərhələyə qədər insan həmişə iynə üstündə olmuş kimi yaşayır, yuxuları ərşə çəkilir, nə yediyini, nə içdiyini belə bilmir. Hətta əksər xəstəliklərin mənbəyi də burdan başlayır – insan öz-özünü bağışlamadıqda.

Bağışlamaq haqqında 3 fərqli hikmətli sözü sizlərlə paylaşıram. Bəlkə daxili rahatlıq axtaranların köməyinə çata...

1) Birinci dəfə bağışlamaq müdriklikdir, ikinci dəfə böyüklükdür, üçüncü dəfə isə artıq axmaqlıq.

2) " Bağışlamaq yaxşı insanların intiqamıdır ." –  ("V for Vendetta” filmindən)

3) "Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz” (Quran)  



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
10:30
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
10:15
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
09:36
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
08:46
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
08:07
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
07:57
"Rasim Əliyevi ilk müayinə edən USM həkiminin tibbi təhsili yoxdur" - İDDİA
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
07:11
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
04:56
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
Əli Abbasov vəzifəsindən azad edildi
03:14
Əli Abbasov vəzifəsindən azad edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol