• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Taner Yıldız: "SOCAR bazardakı durğunluqdan ehtiyat edir"

Taner Yıldız:
10.06.2015 18:25
İyunun 7-də parlament seçkilərinin keçirildiyi Türkiyədə dövlət qurumları hələ fəaliyyətini normal qaydada davam etdirir.
 
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu enerji və təbii sərvətlər naziri Taner Yıldız deyib: "Əgər fəaliyyətimizin sonuna 1 saat, yaxud 1 ay qalsa, yenə də öz işimizi sonadək yerinə yetirəcəyik".

T.Yıldız birjalardakı qeyri-müəyyənlik nəticəsində "SOCAR-Turkey" şirkətinin "Petkim Holding"dəki səhmlərinin bir hissəsini satmaqdan imtina etməsinə də münasibət bildirib: "Siyasi sabitlik ən çox sərmayədarlar, beynəlxalq investorlar tərəfindən təqib edilir. Ola bilər ki, SOCAR siyasi, sosial, idarəetmə və başqa sahələrdə vəziyyətin durğunluq halına çatacağından ehtiyat edir. Bu həftənin cümə-şənbə günlərində bu məsələni müzakirə edəcəyik".

Nazir Türkiyə ilə Rusiya arasında qaz idxalı sahəsində ("Türk axını" layihəsi çərçivəsində) əməkdaşlığa dair Bakıda keçiriləcək görüşlərə də münasibət bildirib: "Artıq təbii qazın qiyməti məsələsinin müzakirəsi bitib və Bakıda onun imzalanması məsələsi müzakirə ediləcək. Qiymətlər isə Rusiyanın bizə əvvəllər satdığı qazın qiymətindən 10,25% ucuz olacaq".

Xatırladaq ki, iyunun 13-də I Avropa Oyunlarının Açılış mərasimindən sonra Türkiyə və Rusiya prezidentləri Bakıda görüşəcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
İqtisadiyyat 11:50
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
İqtisadiyyat 11:18
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
Bakının 3 rayonunda təbii qaz olmayacaq
İqtisadiyyat 09:51
Bakının 3 rayonunda təbii qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol