• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Azərbaycan daha bir "Gulfstream" təyyarəsi alıb

Azərbaycan daha bir
11.06.2015 10:26
 "Silk Way Group"a daxil olan "Silk Way Business Aviation" biznes-aviasiya operatoru aldığı daha bir "Gulfstream G650" yüksək qabaritli, sürətli biznes-ceti bu gün Bakıya gətirilib ki, bununla da bu növ təyyarələrin sayı ikiyə çatıb.

"Report"un "Azərbaycan Hava Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, ilk "Gulfstream G650" cari ilin martında ölkəyə gətirilib.

"Silk Way Business Aviation"ın direktoru Böyükağa Quliyev bildirib ki, ikinci "Gulfstream G650" təyyarəsinin əldə edilməsi uçuş coğrafiyasını xeyli genişləndirməyə və qonşu regionlardan yeni müştərilərin cəlb edilməsinə imkan verəcək: "Gulfstream G650" adətən, icarəyə verilmir. Layihəmizin unikallığı ondan ibarərdir ki, bu təyyarə yalnız bazarın premium sektoru üçün nəzərdə tutulub, burada onun faktiki olaraq rəqibləri yoxdur. Bu bizə yeni hüdudlara çatmağa və işgüzar aviasiyanın dünya səhnəsində mövqelərimizi möhkəmləndirməyə kömək edəcək".

Qeyd edək ki, 2007-ci ildə təsis edilən "SW Business Aviation" şirkəti Avropa İşgüzar Aviasiya Assosiasiyasına (EBAA) daxildir. Şirkət öz tarixinə "Gulfstream G450" əldə etməklə başlayıb, sonra isə flot G550, G280 və G200 təyyarələri ilə zənginləşib. Hazırda "Silk Way Business Aviation"ın parkı müxtəlif növ 8 "Gulfstream" təyyarəsindən ibarətdir. Şirkətin aviaparkında "Gulfstream"dan başqa, reaktiv "Boeing-727” və VIP konfiqurasiyalı regional turbovintli "ATR-42-500" də var.
Ötən ilin nəticələrinə görə, "SW Business Aviation"ın trafiki təqribən 30% artıb, ən çox tələbat olan istiqamətlər isə Moskva, London, Dubay, İstanbul və digər şəhərlər olub.
Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında işgüzar aviasiyanın təyyarələri üçün 40 parklama yeri ayrılıb ki, bu da I Avropa Oyunlarına gəlmək istəyənlərin hamısını problemsiz qəbul etməyə imkan verəcək.

Həmçinin, bütün xarici çarter və biznes reysləri üçün eksklüziv agent olan "SW Business Aviation" hər gün təqribən 7 reysə xidmət edir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
İqtisadiyyat 16:05
Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:37
Azərbaycan nefti bahalaşıb
Qızılın qiyməti 4 800 dollardan aşağı düşüb
İqtisadiyyat 23:30
Qızılın qiyməti 4 800 dollardan aşağı düşüb
"Azəralüminium"un ixrac gəlirləri artıb
İqtisadiyyat 15:40
"Azəralüminium"un ixrac gəlirləri artıb
Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
İqtisadiyyat 15:23
Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
İqtisadiyyat 14:53
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
İqtisadiyyat 14:11
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
İqtisadiyyat 14:09
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
"AzerGold"un ixrac gəlirləri artıb
İqtisadiyyat 13:44
"AzerGold"un ixrac gəlirləri artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol