• $
  • £

Azərbaycan Prezidenti San-Marino dövlətinin başçılarını qəbul edib

Azərbaycan Prezidenti San-Marino dövlətinin başçılarını qəbul edib
29.05.2020 07:11
 İyunun 11-də Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya səfərə gələn San-Marino dövlətinin başçıları, San-Marino Regent Kapitanları Andrea Belluzini və Roberto Venturunini qəbul edib.

 "Report" xəbər verir ki, Prezident İlham Əliyev iyunun 12-də Bakıda mötəbər beynəlxalq idman yarışının - birinci Avropa Oyunlarının başlamasının və Avropadan çoxlu sayda idmançının bu yarışlarda təmsil olunmasının önəmini qeyd edib. Dövlət başçısı yarışlarda iştirak edəcək San- Marino idmançılarına da uğurlar arzulayıb. Prezident İlham Əliyev San-Marinonu təmsil edən nümayəndələrin Azərbaycanla yaxından tanış olmaları üçün də tədbirin yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

İki ölkə arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan ali qonaqlar San-Marino nümayəndə heyətinin birinci Avropa Oyunlarında iştirakından qürur duyduqlarını deyiblər. Qonaqlar bildiriblər ki, onların bu mötəbər idman yarışlarında iştirak etmələri Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi işlərə göstərdikləri hörmətin ifadəsidir.

Görüşdə birinci Avropa Oyunlarının xalqların bir-birini daha yaxından tanıması və xalqlar arasında humanitar və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə də əməkdaşlıq üçün yaxşı potensialın olduğu qeyd edilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol