• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

“Biz siyasi təşkilat deyilik və daxili siyasi məsələlərə qarışmırıq” – Patrik Hikki

“Biz siyasi təşkilat deyilik və daxili siyasi məsələlərə qarışmırıq” – Patrik Hikki
11.06.2015 13:20
"Biz siyasi təşkilat deyilik. Biz idman yarışları təşkilatçısıyıq, buna görə də ölkələrin daxili siyasi məsələsinə qarışmırıq” - Bu sözləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik  Hikki I Avropa Oyunları üçün Media kəndində keçirilən  mətbuat konfransında deyib. 

Bu gün "Bakı 2015” Avropa Oyunlarının Media kəndində jurnalistlər üçün növbəti mətbuat konfransı keçirilib. Patrik Hikki  həm yerli, həm də xarici ölkə jurnalistlərinin suallarını cavablandırıb. 

P.Hikki Hollandiyanın II Avropa Oyunlarına ev sahibliyi etməkdən imtina etməsi məsələsinə münasibət bildirib: "Bu sırf təsadüfi haldır ki, oyunlar Hollandiyada keçirilməyəcək. Bunun heç bir siyasi məsələlərlə bağlı əlaqəsi yoxdur”.

Komitə prezidenti bütün Olimpiya Oyunlarında boykot çağırışlarının olduğunu vurğulayıb: "Hər dəfə Olimpiya Oyunlarında kimsə boykota çağırış edir və ötən dövrdə sübut olunub ki, boykota çağırış heç bir nəticə vermir, həmişə uğursuzluğa düçar olur. Mən çox fəxr edirəm ki, bu Oyunlarda 50-ə qədər milli olimpiya komitəsi iştirak edir və 40-a qədər dövlət və hökumət başçıları açılış mərasimində iştirak edəcək. Bundan aydın olur ki, boykot çağırışları nəticəsiz qalır”.

Atletlər kəndinin üstünlüklərindən söz açan P.Hikki qeyd edib ki, bu Avropa Oyunlar üçün hazırlanmış yüksək səviyyəli bir arenadır: "Həqiqətən də bu kəndin üstünlükləri çoxdur”. 

Mətbuat konfransında Avropa Olimpiya Komitəsinin koordinasiya komitəsinin sədri Spiros Kapralos da jurnalistlərin suallarını cavablandırıb. 

Orxan Aslanlı
 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xarici qonaq: “Hər şey göz qabağındadır” - AÇIQLAMA
22:17
Xarici qonaq: “Hər şey göz qabağındadır” - AÇIQLAMA
Sarkisyanın 50 min dollarlıq arzusu - KÖŞƏ
22:12
Sarkisyanın 50 min dollarlıq arzusu - KÖŞƏ
Qələbəmi anama həsr etmişdim – Orxan Səfərov
22:10
Qələbəmi anama həsr etmişdim – Orxan Səfərov
“Bu yerə çox böyük əziyyətlə gəlmişəm” - finala çıxan boksçumuz
21:54
“Bu yerə çox böyük əziyyətlə gəlmişəm” - finala çıxan boksçumuz
İdman etikası olmayanlar - KÖŞƏ
15:30
İdman etikası olmayanlar - KÖŞƏ
I Avropa Oyunları – müsbət tərəfləri bəlli, mənfi cəhətləri nələrdir? - AÇIQLAMALAR
15:39
I Avropa Oyunları – müsbət tərəfləri bəlli, mənfi cəhətləri nələrdir? - AÇIQLAMALAR
“Məqsədimiz ilk üç yerdən birinə sahiblənməkdir” – AÇIQLAMA
10:00
“Məqsədimiz ilk üç yerdən birinə sahiblənməkdir” – AÇIQLAMA
“İdmançıda dopinq aşkarlandı” – Saymon Kleq
12:00
“İdmançıda dopinq aşkarlandı” – Saymon Kleq
“Biz siyasi təşkilat deyilik və daxili siyasi məsələlərə qarışmırıq” – Patrik Hikki
13:20
“Biz siyasi təşkilat deyilik və daxili siyasi məsələlərə qarışmırıq” – Patrik Hikki
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol