• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

XƏBƏR ANI: Bakıda I Avropa Oyunları başlayır

XƏBƏR ANI: Bakıda I Avropa Oyunları başlayır
12.06.2015 11:10
Bu gün I Avropa Oyunlarının açılış mərasimi olacaq. Hər kəsin həyəcanla gözlədiyi idman yarışından əvvəl Azərbaycanın bütün bölgələrini gəzən məşəl son 5 gün ərzində paytaxtı dolaşdı. 

Bütün avropalıların diqqəti 12 iyun - bu gün axşam keçiriləcək Bakı 2015 Avropa Oyunlarının möhtəşəm Açılış Mərasiminə yönəlib.

Açılış Mərasiminin təfərrüatları haqqında məlumat sirr olaraq saxlanılır. Lakin bəllidir ki, 2.000 nəfər bu axşam hər kəsə inanılmaz şou nümayiş etdirəcək.

Şou təşkilatçıları əmin edirlər ki, Açılış Mərasimi ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın mədəniyyətini özündə təcəssüm etdirən möhtəşəm idman bayramı olacaq. 

Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

ANN.Az "Məşəl daşıma" mərasiminin son akkordlarına dair hazırlanana fotosessiyanı oxuculara təqdim edir.

Hazırladılar: Fərəqanə Novruzova
Aynur Məmmədova
Rasim Əliyev


 
 
 
 
























































www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XƏBƏR ANI: Bakıda I Avropa Oyunları başlayır
11:10
XƏBƏR ANI: Bakıda I Avropa Oyunları başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol