• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Elvin Mürsəliyev: "Adımı Azərbaycan tarixinə yazdırdığımdan qürur duyuram"

Elvin Mürsəliyev:
29.05.2020 01:52
75 çəki dərəcəsində Yunan-Roma güləşi üzrə I Avropa Oyunlarının qızıl medalçısı Elvin Mürsəliyev jurnalistlərə açıqlama verib. ANN.Az xəbər verir ki, idmançı sevinindən təəssüratlarınə dilə gətirməkdən çətinlik çəkdiyini bildirib: "Qarşıma məqsəd qoymuşdum ki, çempion olacağam. Şükürlər olsun ki, qızıl medalı qazandım. Rəqiblərimdən 2-si ilə görüşmüşdüm. Ən çətin döyüşlərim Gürcüstan və Rusiya idmançısı ilə oldu. Gürcü idmançı ilə əvvəl dünya çempionatı çərçivəsində döşək üzərində təkbətək qarşılaşmışdıq. Amma rus idmançı ilə ilk dəfə qarşılaşırdım".

Elvin Mürsəliyev finala qədər gəldiyini və heç  cür qızıl medalı əldən vermək istəmədiyini vurğulayıb: "İlk Avropa oyunları olduğu üçün adımı Azərbaycan tarixinə yazdırdığımdan qürur duyuram. Dövlət başçısı məni medalla təltif etdi. Onun bizə göstərdiyi diqqət və qayğını yerdə qoymadıq, çox şükür olsun! Tamaşaçıların məni dəstəkləməsi çox xoşuma gəldi. Onlara təşəkkürümü bildirirəm. Qələbəni isə anama həsr edirəm". 

ANN.Az-ın müxbiri ilə söhbətində Elvin Mürsəliyev idmana marağının  uşaqlıqdan yarandığını bildirib: "Çünki uşaqlıqda çox dəcəl olmuşam. bundan bezən valideynlərim enerjimin müsbət tərəfə sərf olunması üçün məni idmana yazdırıblar. Başqa nə deyim, bundan sonra qələbələrimin sayının artırılmasına çalışacağam".

Orxan Aslanlı


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Elvin Mürsəliyev:
01:52
Elvin Mürsəliyev: "Adımı Azərbaycan tarixinə yazdırdığımdan qürur duyuram"
Saymon Kleq: “2019-cu ildə daha çox idman növü üzrə yarışlar aparılacaq”
12:27
Saymon Kleq: “2019-cu ildə daha çox idman növü üzrə yarışlar aparılacaq”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol