Bağlanış mərasiminə bu qədər bilet satılıb

İyunun 15-də Avropa Oyunları çərçivəsində keçirilən yarışları 30 min tamaşaçı izlәyib. APA-nın mәlumatına görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.
S. Kleq 15 iyunda 7 ayrı idman obyektində 19 müxtәlif oyunlar üzrә yarışların keçirildiyini söyləyib: "Orta tamaşaçı tutumu 84 faiz idi. 6 sessiyada 100 faiz tamaşaçı var idi. Dünәn bağlanış mәrasiminә әlavә 13,500 bilet satılıb. Son 3 gündә 37 min 500 bilet satılıb. Ümumilikdә 48 min bilet satılıb. Bu gün 11 müxtәlif idman növü üzrә yarışlar keçirilәcәk".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 