• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakı-2015: Avarçəkənimiz gümüş medal qazandı - YENİLƏNİR

Bakı-2015: Avarçəkənimiz gümüş medal qazandı - YENİLƏNİR
16.06.2015 15:53
Bu gün Bakı-2015 I Avropa Oyunlarında avarçəkmə yarışlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, kanoe və kayaklarda mübarizə aparan idmançılar 10 dəst medalın sahibini müəyyənləşdirir.
 
Belə ki, Mingəçevirdə keçirilən yarışda final mərhələsinin yürüşləri keçirilir. Həlledici yürüşlərdə Azərbaycan təmsilçiləri də iştirak edir.
 
Kayak yarışlarında həm 500, həm 200 metr məsafədə medallar uğrunda mübarizə aparan İnna Radomska-Osipenkonun ilk cəhdi uğursuz olub. Təmsilçimiz 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. Məsafənin yarısınadək liderlik edən idmançınız 2.05,583 nəticəyə imza atıb. Bu yarışda macarıstanlı Danuta Kozak qalib gəlib - 2.03,569. Çempion avstriyalı İvon Şurinqi 1,139, polşalı Evelina Voynarovskanı 1,820 saniyə qabaqlayıb.
 
İnna 200 metr məsafədə də final yarışında qüvvəsini sınayır. O, 42,091 saniyə nəticə ilə yarışı 6-cı pillədə başa vurub.
 
Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.
 
Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa 40,188 saniyə nəticə ilə 3-cü olub.
 
Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 37,492 saniyə nəticə ilə finiş xəttini 7-ci keçib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Ukrayna - Fransa qarşıdırması
10:06
Ukrayna - Fransa qarşıdırması
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR
08:25
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR
08:19
"Bakı-2015": Məşəl estafeti Sumqayıtda
İlk Avropa Oyunlarının şərəfinə animasiyalar - FOTO
06:41
İlk Avropa Oyunlarının şərəfinə animasiyalar - FOTO
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur
02:55
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
02:01
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR
00:38
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol