• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Erməni idmançı: Bakıda yaxşı qarşılandıq

Erməni idmançı: Bakıda yaxşı qarşılandıq
17.06.2015 10:31

İrəvana qayıdan Karapet Çalyan Bakı-2015 haqqında təəssüratlarını bölüşüb.

"Bakıda heç bir psixoloji təzyiq olmayıb. Bizi yaxşı qarşıladılar". Bunu Azərbaycanın paytaxtında keçirilən I Avropa Oyunlarında mübarizə aparan erməni idmançı deyib. 

Karapet Çalyan yunan-Roma güləş növündə 75 kq çəki dərəcəsində mübarizə aparıb. 
Uduzan erməni idmançı artıq ölkəsinə qayıdıb və jurnalistlərə açıqlama verib. 

Çalyan öz çıxışından narazı qaldığını da dilə gətirib. "Birlmirəm ki, nə üçün belə oldu, heç bir psixoloji təzyiq yox idi. Yaxşı hazırlaşmışdım və medal qazanmağı çox istəyirdim. Amma alınmadı". 

Xatırladaq ki, erməni güləşçi Miqran Arutyunyan (66kq) da bir neçə gün öncə Bakı haqqında təəssüratları ilə bölüşmüşdü. Erməni idmançı Bakı-2015 haqda təəssüratlarının çox yaxşı olduğunu bildirib. "Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim. Bundan başqa mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var. Onlara təşəkkür edirəm". 
Miqran Arutyunyan Bakı-2015-də rus güləşçi Artyom Surkova məğlub olaraq gümüş medal qazanıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
02:01
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
17:00
"Baku 2015": Kristal Zalda voleybol həyəcanı
Erməni idmançı: Bakıda yaxşı qarşılandıq
10:31
Erməni idmançı: Bakıda yaxşı qarşılandıq
Birinci xanım Mariya Stadnikə qızıl medalı təqdim etdi - Fotolar
22:59
Birinci xanım Mariya Stadnikə qızıl medalı təqdim etdi - Fotolar
Avropa Oyunlarının məşəli Bakıda
19:05
Avropa Oyunlarının məşəli Bakıda
“Bakı 2015”-in mobil tətbiqetməsi istifadəyə verildi
15:36
“Bakı 2015”-in mobil tətbiqetməsi istifadəyə verildi
10:12
"Bakı-2015" Olimpiya oyunlarına xərclənən vəsait açıqlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol