Qalib idmançılara verilən hədiyyə nədir? – FOTO
![Qalib idmançılara verilən hədiyyə nədir? – FOTO Qalib idmançılara verilən hədiyyə nədir? – FOTO](https://anews.az/photo/850x500/2015-06/1434522843_1.jpg)
Sosial şəbəkələrdə də bununla bağlı müzakirə gedir.
Avropa Oyunlarında qələbə qazanmış idmançıların mükafatlanma mərasimində çoxları üçün müəmmalı sayılacaq an yaşanır. Hər bir idmançıya milli naxışlarla bəzədilmiş boğçanın içində hədiyyə təqdim olunur. Həmin boğçanın içində nə olduğu çoxları üçün maraqlıdır. Hətta sosial şəbəkələrdə də bununla bağlı müzakirə gedir.
Milli.Az idmançılara verilən həmin boğçanın içində nə olduğunu öyrənib.
Saytın əməkdaşı ötən gün bürünc medal qazanan türkiyəli güləşçi Merve Kengerdən xahiş edib ki, həmin boğçanı açsın.
Məlum olub ki, çoxları üçün müəmmaya çevrilmiş həmin boğçanın içində olan medal qabıdır. İdmançılar qazandıqları medalları həmin qaba qoya bilərlər.
![](http://ann.az/file/articles/2015-06/1434522824_2.jpg)
![](http://ann.az/file/articles/2015-06/1434522901_3.jpg)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)