• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı

“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
29.05.2020 11:31
Kredit 10 il müddətinə verilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiya "Qazprombank”ı Azərbaycanda polipropilen və polietilen istehsalı ilə məşğul olacaq "SOCAR Polymer" zavodunun inşasının maliyyələşdirilməsi ilə bağlı razılaşma imzalayıblar. 
 
"APA-Economics"in bankın saytına istinadən verdiyi məlumata görə, sənədi "Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar. İmzalanma mərasimi bu gün Sankt-Peterburqda keçirilən İqtisadi Forum çərçivəsində baş tutub.
 
"Qazprombank"ın İnvestisiya Komitəsi "SOCAR Polymer" üçün 10 il müddətinə 489 mln. dollar həcmində kredit ayırıb.
 
"Biz SOCAR-la uzunmüddətli strateji əməkdaşlıq qurmaq niyyətindəyik və "SOCAR Polymer” layihəsinin maliyyələşdirilməsinə bu əməkdaşlığın növbəti mərhələsi kimi baxırıq. Ümid edirik ki, maliyyə müqaviləsinin bağlanılması banka SOCAR tərəfindən həyata keçirilən digər layihələrdə də iştirak etməyə imkan yaradacaq. Həmçinin "Qazprombank" Qrupuna aid olan digər bir holdinqin - Birləşmiş Maşınqayırma Zavodlarının da əməkdaşlığa cəlb olunması planlaşdırılır”, - deyə A. Akimov bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol