Prezident ağlayan idmançımıza belə dəstək oldu - VİDEO
![Prezident ağlayan idmançımıza belə dəstək oldu - VİDEO Prezident ağlayan idmançımıza belə dəstək oldu - VİDEO](https://anews.az/photo/850x500/2015-06/1434782748_22-1.jpg)
Hətta rəqibi onu sakitləşdirməyə çalışsa da...
Avropa Oyunlarında iştirak edən idmançılarımızdan biri məğlub olur və medal qazanmaq şansını itirir.
ANN.Az-ın xəzər xəbər-ə istinadən məlumatına görə, həmin gənc belçikalı rəqibi Muhammed Ketbi Si ilə bürünc medal uğrunda döyüşərək məğlub olub. Taekvondo üzrə döyüşən Məhəmməd Məmmədov məğlubiyyətini soyuqqanlı qəbul edə bilmir. 17 yaşlı gənc elə tatamidə hönkürə-hönkürə ağlamağa başlayır. Hətta rəqibi onu sakitləşdirməyə çalışsa da Məhəmməd medal qazana bilmədiyindən özünə gələ bilmir.
Prezident İlham Əliyev döyüşü zalda izləməsə də Məhəmmədə zəng vurur və ona ürək-dirək verir. Məhəmməd deyir ki, dövlət başçısının zəngi onu düşdüyü dərin psixoloji böhrandan çıxarıb.
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)