İŞİD döyüşçüsü öz ölümünü belə lentə aldı - VİDEO

Keçən ay ələ keçirdiyi Ramadi şəhərində lentə alındığı ehtimal olunan kadrlarda bir İŞİD döyüşçüsünün necə öldürüldüyü nümayiş etdirilir.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, videoda bir qrup döyüşçünün hansısa obyektə hücum etməsi əks etdirilir. Qrup əvvəlcə ərazini atəşə tutur, daha sonra isə İraq ordusunun əsgərlərini axtarırlar. Boş evə girməyə çalışan İŞİD döyüşçüləri pusquya düşürlər, hadisələri kamera ilə çəkən terrorçu qum kisələrindən ibarət səngərdə gizlənə bilir, amma bir qədər sonra səngərdən başını qismən çıxardığı an ölümcül zərbəni alır. Evin damında gözləyən iraqlı əsgər İŞİD terrorçusunun düz başından atəş açaraq onu öldürür. Bütün bu anları kamera saniyə-saniyə qeyd edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 