• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

“İdmançıda dopinq aşkarlandı” – Saymon Kleq

“İdmançıda dopinq aşkarlandı” – Saymon Kleq
23.06.2015 12:00
"Avropa Oyunlarının gələcəyi yayımlardan yox, idmançılardan asılıdır”  - bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru  Saymon Kleq bu gün keçirilən mətbut konfransında deyib. 

ANN.Az xəbər verir ki, "Hilton”  hoteldə keçirilən tədbirdə FİFA Çimərlik futbolunun prezidenti Juan Cusco, Azərbaycan çimərlik futbolunun baş məşqçisi Jose Miguel Mateus, Azərbaycan Çiçərlik futbolunun nümayəndəsi Emin Kurdov yerli və əcnəbi jurnalistlərin suallarını cavablandırıb.

Saymon Kleq dünən 7 idman yarışının başa çatması haqqında məlumat verib:  "19 mindən çox insan gimnastika oyunlarına tamaşa edib. Ümumilikdə 7 arenada keçirilən oyunlarda 81 faiz  tamaşaçı olub. 1600 idmançı və rəsmisi dünən Azərbaycanı tərk edib, bu da indiyə qədər gedənlərin ən çoxudur.  Bu gün 3 idman növündə final oyunları keçiriləcək”.  
 
 

Daha sonra oyunçuların kənarlaşdırılması məsələsinə aydınlıq gətirən S.Kleq qeyd edib ki, bir nəfər idmançı dopinqə görə oyunlara buraxılmayı: "Həmin idmançıda oyundan əvvəl dopinq aşkar edilib.Amma oyunların gedişatı zamanı heç bir idmançı kənarlaşdırılmayıb”. 

Oyunların yayım məsələsinə münasibət bildirən baş direktor  qeyd edib ki, Avropa oyunlarının gələcəyi yayımlardan deyil, idmançılardan asılıdır: " Mən yayım səviyyəsindən çox məmnunam. Çünki ilk dəfə keçirilən bir yarış üçün bu çox böyük göstəricidir. Avropa oyunları tək Avropada deyil, bütün dünyada yayımlanır”.

FİFA çimərlik oyunlarının prezidenti Juan Cusco "açılış mərasimində iştirak etmək mənim üçün çox xoş oldu” - deyib. Çimərlik futbolu idmanın yeni növü olduğunu bildirən FİFA rəsmisi Azərbaycana güclü komandalar gətirildiyini qeyd edib: "Bu günə qədər gördüyümüz ən yaxşı stadion Azərbaycandadır. Bütün mənalarda çimərlik futbolu üçün keçirilən stadionlar çox gözəldir. Bundan başqa  Avropa Oyunları Komitəsi də bu stadionların tikilməsi üçün üçün əlindən gələni edib ki, stadionlara ən yaxşı qum gətirilsin”.
 
 

Media nümayəndələrinin suallarını cavablandıran Azərbaycan Çimərlik futbolunun nümayəndəsi Emin Kurdov oyunlar üçün hazırlıqların yekunlaşdığını bildirib: "Azərbaycanın 30 çox medalı var. İnşallah,  biz də çalışırıq bu medalların sayını artıraq. Ümumiyyətlə, çimərlik futbolunun Avropa Oyunlarına daxil edilməsinin özü böyük uğurdur. Düzdü, bizim üçün çətinliklər çox olacaq, çünki oyunlara gələn 7 ölkə nümayəndələrinin hamısı "A” divizonunun komandalarıdır,  biz isə "B”. Amma biz bunu deməklə özümüzü siğortalamırıq. Ümid edirik, medal qazanacayıq”.

Daha sonra jurnalistlərin suallarını cavablandıran Azərbaycan çimərlik futbolunun baş məşqçisi Jose Migurl Mateus Azərbaycan heyətinin digər heyətlərlə müqayisədə aşağı reytinqə malik olduğunu deyib:" Amma biz əlimizdən gələni edəcəyik. Bilirik ki, böyük məsuliyyət daşıyırıq. Söz veririk ki, sona qədər mübarizə aparacayıq. Azərbaycanda tikilən çimərlik futbolu meydançaları ölkəmizdə bu idmana artan marağın göstəricisidir”.

Orxan Aslanlı


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xarici qonaq: “Hər şey göz qabağındadır” - AÇIQLAMA
22:17
Xarici qonaq: “Hər şey göz qabağındadır” - AÇIQLAMA
Sarkisyanın 50 min dollarlıq arzusu - KÖŞƏ
22:12
Sarkisyanın 50 min dollarlıq arzusu - KÖŞƏ
Qələbəmi anama həsr etmişdim – Orxan Səfərov
22:10
Qələbəmi anama həsr etmişdim – Orxan Səfərov
“Bu yerə çox böyük əziyyətlə gəlmişəm” - finala çıxan boksçumuz
21:54
“Bu yerə çox böyük əziyyətlə gəlmişəm” - finala çıxan boksçumuz
İdman etikası olmayanlar - KÖŞƏ
15:30
İdman etikası olmayanlar - KÖŞƏ
I Avropa Oyunları – müsbət tərəfləri bəlli, mənfi cəhətləri nələrdir? - AÇIQLAMALAR
15:39
I Avropa Oyunları – müsbət tərəfləri bəlli, mənfi cəhətləri nələrdir? - AÇIQLAMALAR
“Məqsədimiz ilk üç yerdən birinə sahiblənməkdir” – AÇIQLAMA
10:00
“Məqsədimiz ilk üç yerdən birinə sahiblənməkdir” – AÇIQLAMA
“İdmançıda dopinq aşkarlandı” – Saymon Kleq
12:00
“İdmançıda dopinq aşkarlandı” – Saymon Kleq
“Biz siyasi təşkilat deyilik və daxili siyasi məsələlərə qarışmırıq” – Patrik Hikki
13:20
“Biz siyasi təşkilat deyilik və daxili siyasi məsələlərə qarışmırıq” – Patrik Hikki
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol