Azərbaycanın 5 boksçusu "Bakı 2015"in yarımfinalına yüksəldi

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan idmançıları uğurlu çıxış edib.
"Report"un məlumatına görə, 91 kq-da Abdulqadir Abdullayev yarımfinala yüksəlib. Azərbaycanlı əlcək ustası fransalı Paul Bianqolo Ombanı 3:0 hesabı ilə məğlub edib.
Bu gün rinqə çıxan digər boksçular Albert Səlimov (60kq), Kollazo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Anna Əlimərdanova (54 kq) mübarizəni yarımfinalda davam etdirəcəklər.
***
Azərbaycan boksçusu Pərviz Bağırov "Bakı 2015"də yarımfinal mərhələsinə vəsiqə qazanıb.
"Report"un məlumatına görə, 69 kq çəkidə mübarizə aparan P.Bağırov almaniyalı Abass Baraounu məğlub edib. Görüş 3:0 hesabı ilə yekunlaşıb. P.Bəkirovun yarımfinaldakı rəqibi ingiltərəli Coş Kelli olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 