• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Avropa Oyunları tamaşaçılarının bayraq sevgisi - FOTOLAR

Avropa Oyunları tamaşaçılarının bayraq sevgisi - FOTOLAR
25.06.2015 10:30
Dövlət bayrağı hər bir ölkənin müstəqilliyinin əsas rəmzlərindən biridir. Onun haqqında çox şey danışmaq olar. Müharibə zamanı bayrağın endirilməsi və ya düşmən ordusu zamanı ələ keçirilməsi artıq məğlubiyyətin xəbərçisi olur. Yaxud bir bayrağın şəhərin, qəsəbənin, yaşayış massivinin mərkəzi binalarından birinin üstünə sancılması da qalibiyyət işarəsidir. 
 
 

Sülh şəraitində yaşayan ölkələrdə yalnız idman meydançalarında qalibiyyət-məğlubiyyət ifadələri işlənir və idmançının qürurla daşıdığı da məhz ölkəsinin bayrağı olur. Bayraq qalxır, himn oxunursa, o birinci yerin qalibidir. 
Məyusedici məqamlardanda biri odur ki, bayraq niyə hər gün deyil, ay ərzində bir neçə dəfə deyil, ancaq hər hansı tədbir və yaxud da bayramlarda yada düşür?? Bayrağa olan sevgi, məhəbbət ən çox gənclər arasında yayılıb. 
 
 

ANN.Az xəbər verir ki, I Avropa Oyunları zamanı bayrağa olan maraq şəhər sakinləri tərəfindən daha da artıb. Bayraqla "Bakı – 2015” I Avropa Oyunlarını izləməyə gələn şəhər sakini Elvin Babayev bayraqsız bu oyunlara tamaşa etməyə gəlməyi çox mənasız hesab edir: "Əgər komandamızın oynadığı bir yarışa hər hansı azərbaycanlı bayraqsız gedirsə, demək o, oyuna sadəcə baxmaq xatirinə gəlib. Bayrağa olan sevgini hər zaman göstərmək lazımdı, tək bu oyunlarda deyil.” 

Paytaxt sakininin Avropa Oyunlarında bayrağa olan həvəsi artmasınında xüsusi bir sevinc olduğunu vurğulayıb: "Oyunlara bayraqla gedən insanları gördükdə adamın ürəyi açılır. Çünki bu vətəndaşlarımızın bayrağa olan sevgisinin göstəricisidir. Evimizdə eyvandan da üç rəngli bayrağımız asmışam. Ümid edirəm ki, mənim kimi, bayrağa daha çox sevgisi olan vətəndaşlarımızın sayı çoxdur və bundan sonra da artacaq”.

Orxan Aslanlı
 
Fotolar müəllifindir

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avropa Oyunları ilə bağlı sərgi keçirildi - REPORTAJ
10:27
Avropa Oyunları ilə bağlı sərgi keçirildi - REPORTAJ
Bakıda Avropa Oyunlarının bağlanış mərasimi – FOTOREPORTAJ
08:38
Bakıda Avropa Oyunlarının bağlanış mərasimi – FOTOREPORTAJ
Bəhram Bağırzadə: “Tamaşaçıların sevgi və dəstəyi qələbə üçün stimuldur” - MÜSAHİBƏ
05:19
Bəhram Bağırzadə: “Tamaşaçıların sevgi və dəstəyi qələbə üçün stimuldur” - MÜSAHİBƏ
12:04
"BP-Azərbaycan": "Nə yaxşı ki, bu yarışlarda Azərbaycanın yanında dayandıq"
Avropa Oyunları tamaşaçılarının bayraq sevgisi - FOTOLAR
10:30
Avropa Oyunları tamaşaçılarının bayraq sevgisi - FOTOLAR
09:30
"Olimpiada bayramı" davam edir - FOTOLAR
I Avropa Oyunları ab-havasında olan paytaxt küçələri - FOTOLAR
10:30
I Avropa Oyunları ab-havasında olan paytaxt küçələri - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol