• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

DYP və həkimlərdən sürücülərə xəbərdarlıq

DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
29.05.2020 05:11
Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə müraciət edib.

 İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, yayda qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verib.

"Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri istinin nəticəsində olur. İsti hava və havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Sürücülərdən saat 13.00-dan 17.00-dək avtomobillərdən mümkün qədər az istifadə etmələrini, kondisioneri olmayan maşınlardan isə ümumiyyətlə istifadə etməmələri xahiş olunur”.

K.Əliyev bu problemin ictimai nəqliyyatda daha çox rast gəlindiyini bildirdi. Onun sözlərinə görə, avtobus sürücüləri daha diqqətli olmalıdırlar. "Avtobus sürücüləri təkcə özlərinin deyil, sərnişinlərin həyatları ilə də riskə gedirlər. Düzdür, rayon istiqamətində hərəkət edən avtobuslarda soyuducu sistem var, amma şəhər içərisində nəqliyyatın əksəriyyətində bu yoxdur”.

Həkimlər də isti havada avtomobil idarə edənlərə tövsiyyə edir ki, bacardıqları qədər su içsinlər və tez-tez sükan arxasından qalxsınlar. Həkim Tamilla Kərimova ANS PRESS-ə açıqlamasında bildirib ki, sürücülər bacardıqları qədər isti havada sükan arxasında az otursunlar, ya soyuducu sistemdən istifadə etsinlər, vintelyasiya sistemini işlək saxlasınlar.

"Sürücülər bilməlidirlər ki, günvurmadan da pis isti vurmadır. İnsan istiyə düşəndə, onun bədənindəki fizioloji proses dəyişir. Qan qatılaşması zamanı tromb yaranır. Bu da insanda infark, insult və digər xəstəliklərə yol açır. Bu da sürücünün idarəetmə qabiliyyətini itirməsinə səbəb olur. İstidən insanın görməsi də pisləşir”, - deyə Tamilla Kərimov bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol