• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

"Kapital Bank"a silahlı basqın olub, mühafizəçi yaralanıb - Fotolar

29.05.2020 10:09
Mühafizəçi bıçaq və güllə yarası alıb

"Kapital Bank" ASC-nin Abşeron filialına silahlı basqın olub.
 
APA-nın məlumatına görə, bir neçə silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Bıçaq və güllə yarası almış mühafizəçi Əsədov  Vüqar Vahid oğlu Daxili İşlər Nazirliyinin Xəstəxanasına yerləşdirilib.  

Məlumata görə, şübhəli şəxslər məqsədinə çatmayıb və xəzinədən heç nə götürməyərək ərazindən uzaqlaşıblar. 
 
Məlumata görə, cinayəti törədən şəxslərdən biri qaçarkən saxlanılıb. Adı hələlik açıqlanmayan saxlanılan şəxsin  "Kapital Bank" ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir. 
 
Qeyd edək ki, silahlı basqında bir neçə nəfərin iştirak etdiyi bildirilir.  
 
Abşeron  Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
10:09
"Kapital Bank"a silahlı basqın olub, mühafizəçi yaralanıb - Fotolar
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar
21:28
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar
Bakıda küçəni su basdı - FOTOLAR
15:38
Bakıda küçəni su basdı - FOTOLAR
Yanan binadan özünü aşağı atan şəxsin kimliyi məlum oldu - FOTOLAR
09:00
Yanan binadan özünü aşağı atan şəxsin kimliyi məlum oldu - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol