Dağlıq Qarabağ vilayətinin yaradılmasından 92 il ötür
1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.
1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb və onun ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürüb.
Bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran, Hadrut (1923-cü ilədək adı Ağoğlan olub), Mardakert (Ağdərə), Martuni (Xocavənd), Şuşa rayonları və vilayət tabeli Stepanakert (Xankəndi) şəhəri daxil idi. Hazırda Dağlıq Qarabağ və onun ətrafında olan daha 7 rayon tam və ya qismən erməni işğalındadır.//anspress.com
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
22:27
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub
Siyasət
17:35
Hörmüz boğazı qlobal iqtisadiyyata risk yaradır - Dünya bankının keçmiş vitse prezidenti