• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Hansı meyvə nəyə faydalıdır?

Hansı meyvə nəyə faydalıdır?
11.07.2015 14:33
Meyvənin insan sağlamlığına olan faydası hamıya məlumdur. Eyni zamanda tərkibindəki vitaminlər, liflər və amin turşuları baxımından olduqca zəngindir. 


"Qafqazinfo” meyvələrin insan sağlamlığındakı rolunu araşdırıb.

Qarpız- qarpız, yay boyunca istehlak edə biləcəyiniz ən ləzzətli və yüngül meyvələrdən biridir. Bir qabı təxminən 50 kalori olan qarpızın qida dəyəri yüksək, kalori dəyəri isə aşağıdır. A və C vitaminləri və sitrülin aminoasidin baxımından olduqca zəngin olan qarpız, bədənin arjin çıxarılmasına da köməkçi olur. Qan təzyiqində, ürək xəstəlikləri riskinin azaldılmasına və bədənin yeni toxuma törəməsində böyük rol oynayır. Tərkibindəki likopen sayəsində dərini zərərli UV şüalarından da qoruyur.

Avokado- avokado dəriyə qulluq üçün olduqca faydalı bir meyvədir. Tərkibindəki doymamış yağla, xolesterola və infarkt riskinin azalmasına kömək edir. Avokadoda olan E vitamini, xərçəng və ürək xəstəlikləri ilə mübarizə aparır, qırmızı qan hüceyrələrinin istehsalında əhəmiyyətli rol oynayır. Avokado ayrıca üz və saç maskası kimi də olduqca təsirlidir.

Çiyələk- Ən ləzzətli meyvələrdən biri olan çiyələk, C vitamini, manqan və liflər baxımından olduqca zəngindir . C vitamini baxımından zəngin olan çiyələk, toxumaların təmir edilməsində və immuniteti gücləndirilməsində ən yararlı vasitədir. Son dövrlərdə aparılan araşdırmalarda, çiyələyin göz sağlamlığı və qırışların azalması üzərindəki müsbət təsirləri də qeyd olunur.

Üzüm- Bu ləzzətli meyvə, sanki bir vitamin və mineral anbarıdır. Ürək sağlamlığına, dəriyə olan faydaları ilə bərabər tərkibindəki antioksidan sayəsində, hüceyrə pozulmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır. Ayrıca xolesterolun salınmasında, qan damarları ürək sağlamlığında da olduqca təsirlidir. Gündə bir ovuc üzüm yemək, qırışların azalmasına kömək edir.

Şaftalı- A , B və C vitaminləri baxımından olduqca zəngin olan şaftalı, bol miqdarda kalium, maqnezium, kalsium, natrium, dəmir və fosfor ehtiva edir. Həzm sistemi üzərində olduqca təsirlidir. Sidik yollarındakı qum və daşı tökür, tərkibindəki  lutein ilə göz sağlamlığını qoruyur. 

Albalı- Albalı, yaz meyvələri arasında ən aşağı kalorili və sağlam meyvədir. Bir kasası təxminən 90 kalori olan albalı, liflər, zülallar, A və C vitaminləri baxımından olduqca zəngindir. Tərkibindəki melatonin hormonu ilə, yuxu problemlərini nizamlayır. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Cəmiyyət 16:28
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Cəmiyyət 15:31
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi Azərbaycanda ekspertiziyadan keçiriləcək- Yenilənib
Cəmiyyət 15:16
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi Azərbaycanda ekspertiziyadan keçiriləcək- Yenilənib
Qohum evliliklərinə nəzarət sistem vasitəsilə yoxlanılacaq - Nazirlik
Cəmiyyət 15:01
Qohum evliliklərinə nəzarət sistem vasitəsilə yoxlanılacaq - Nazirlik
Zaxarova rusiyalı jurnalistlərlə əlaqə saxlaya bilməməsindən narahatlığını bildirib
Cəmiyyət 14:50
Zaxarova rusiyalı jurnalistlərlə əlaqə saxlaya bilməməsindən narahatlığını bildirib
Son 5 ildə mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb
Cəmiyyət 14:14
Son 5 ildə mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - RƏSMİ
Cəmiyyət 12:53
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - RƏSMİ
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:33
Sabahın havası açıqlanıb
Bu ilin 5 ayında altmış dörd uşaq ailəsinə qaytarılıb - Agentik sədri
Cəmiyyət 12:01
Bu ilin 5 ayında altmış dörd uşaq ailəsinə qaytarılıb - Agentik sədri
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol